3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Xarici futbol

Samuel Eto’o karyerasını başa vurdu

Kamerunlu hücumçu Samuel Eto’o futbolçu karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı veteran futbolçu “İnstagram”da paylaşım edub: “Bu, sondur. Qarşıda yeni çağırışlar var. Hamıya təşəkkür”.

Qeyd edək ki, 38 yaşlı futbolçu karyerası ərzində “Real”, “Leqanes”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor” və “Konyaspor”, “Qətər SK”-da oynayıb.

O, vurduğu 56 qolla Kamerun millisinin tarixində ən məhsular hücumçudur. Eto’o dörd dəfə - 2003, 2004, 2005, 2010-cu illərdə  Afrikanın ən yaxşı futbolçusu seçilib.

Eto’o karyerası ərzində 4 dəfə İspaniya kubokunun (2003, 2005, 2006, 2009), 3 dəfə İspaniya çempionatının (2004/05, 2005/06, 2008/09), 2 dəfə İspaniya Superkubokunun (2005, 2006), 3 dəfə Çempionlar Liqasının (2005/06, 2008/09, 2009/10), İtaliya çempionatının (2009/10), 2 dəfə İtaliya kubokunun (2009/10, 2010/11), İtaliya Superkubokunun (2010), Klublararası dünya çempionatının (2010), 2 dəfə Afrika Millətlər Kubokunu (2000, 2002) qalibi olmaqla yanaşı, 2000-ci ildə də Olimpiya çempionu olub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30