21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Xarici futbol

"Şərtlər ortadadı, lazım olanı edin"

“Fənərbağça”da vəzifəsinə son verilən Filip Kokunun ailəsini İstanbula apardığı və sözləşməsi ləvğ olunmadığı üçün Türkiyədən gedə bilmədiyi məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, İstanbul klubunun rəhbərliyi “Ankaragücü” ilə oyundan əvvəl hollandiyalı mütəxəssisin meneceri Rob Yansenlə görüşmüş və baş məşqçi ilə davam etmək qərarı aldığını bildirmişdi.
 
Bu oyundan sonra vəzifəsindən istefaya göndərilən Koku, rəsmi şəkildə hələ də “bülbüllər”in baş məşqçisidi. Türkiyə klubu 3 illik müqavilə imzaladığı mütəxəssisə 2,5 milyon avro təzminat ödəməlidir. “Fənər” mütəxəssisin meneceri ilə görüşmək istəsə də, Yansen Kokunun vəzifəsindən o cür göndərildiyi üçün danışıqlar aparmır:  
 
“Əvvəl “davam edirik” dediz, sonra “göndərdik, gəlin görüşək” deyirsiz. Gəlməyimə ehtiyac yoxdur. Müqavilə şərtləri ortadadır. Lazım olanı edin”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31