12 Aprel 2026, Bazar günü
Yuri Vernidubdan qələbə şərhi
Sadıqov: “1 xal üçün çox sevinirik”
Millimiz Gürcüstana yenə uduzdu
Zubir “Qarabağ”dan gedir

Xarici futbol

"Barselona" qalib gəldi, Messi 600-cü qolunu vuru

Futbol üzrə İspaniya çempionatının 27-ci turunda "Barselona" öz meydanında "Atletiko"nu qəbul edib.
 
Futbolxeber xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
 
Matçda yeganə qolu 26-cı dəqiqədə cərimə zərbəsindən Lionel Messi vurub. Bu, onun bütün rəsmi turnirlərdə vurduğu 600-cü qol olub. Messi bu qollardan 539-nu 13 ildir şərəfini qoruduğu Kataloniya klubunda, 61-ni isə Argentina millisinin heyətində aktivinə yazdırıb.
 
Bu məğlubiyyət "Atletiko"nun Primeroda altı oyunluq qələbə seriyasına son qoyub.
 
"Barselona" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. "Atletiko" (61) ikinci yeri tutur.
 
İspaniya - Primero. 27-ci tur
 
"Barselona" – "Atletiko M" - 1:0
 
Qol: 1:0 – Messi – 26
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30