20 Iyun 2026, Şənbə
DÇ-2026: Türkiyədən erkən vida
"Neftçi" Rezabala ilə vidalaşdı
Millimizin rəqibləri müəyyənləşdi
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq

Xarici futbol

“Qarabağ” İtaliya “İnter”ini geridə qoydu

UEFA klubların yeni reytinqini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə,  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şerif”ə qalib gələn (2:1) “Qarabağ” xalını artırıb.

Azərbaycan çempionu son 5 mövsümün nəticələrinə görə hesablanan reytinqini 16,500-ə çatdırıb. "Şerif"lə oyuna qədər  16,000 xalla 75-ci yerdə olan "Qarabağ"  İtaliya “İnter”i, Moskva “Dinamo”su və “Rubin”lə eyni xala malik idi. Tiraspoldakı qələbədən sonra isə  "Qarabağ" hər üç şərikini arxada qoyaraq 75-ci yerin tək sahibi olub.

Digər klublarımızdan  “Qəbələ” (5,250) 168-ci, “Neftçi”, “İnter”, “Zirə”, “Xəzər Lənkəran” və “Kəpəz” (hamısı 3,475) isə  248-ci yerdə qərarlaşıb.

Siyahıya Madrid "Real"ı (17.813) başçılıq edir. Eyni xala malik olan "Atletiko" 2-ci, "Barselona" 3-cüdür.


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30