18 Sentyabr 2025, Cümə axşamı
Azərbaycan Kubokunun püşkü atıldı
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”dan fantastik qələbə!

Xarici futbol

“Milan” qapıçı axtarışına başladı: 3 namizəd var

Canluici Donnarumma ilə yollarını ayıracağı gözlənilən “Milan” artıq qapıçı axtarışlarına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, hazırda “qırmızı-qaralar”ın maraq dairəsində 3 qapıçı var.

Bunlar Neto, Voyçex Şçensnı və Mattia Perindi.

Netonun satışından “Yuventus” 10 milyon avro qazanmaq istəyir. Onunla “Valensiya” da maraqlanır.

Şçensnı müqavilə ilə “Arsenal”a məxsus olsa da, son 2 mövsümü icarə əsasında “Roma”da keçirib. Onun yeni mövsümdən “Yuventus”da forma geymək ehtimalı da mövcuddur.

24 yaşlı Perin isə bu üçlükdən ən real namizəd hesab olunur. Lakin “Milan” rəhbərliyi düşünməyə vadar edən səbəb “Cenoa”nın qapıçısının son 1 ildə 2 dəfə dizindən zədə almasıdır.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Donnarumma bu gün meneceri vasitəsi ilə müqaviləsini uzatmayacağını bəyan edib. Onun “qırmızı-qaralar”la sözləşməsi gələn yay bitir. Bu səbəbdən də “Milan”ın gənc qapıçını bu yay satacağı gözlənilir. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30