5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Xarici futbol

“Qalatasaray” və Diarra arasında qalmaqal

“Qalatasaray” və Lassana Diarra arasında qalmaqal yaşanır. Futbolxeber.az saytının məlumatına görə, fransız futbolçu bir müddət əvvəl İstanbul klubuna keçməyə yaxın olsa da, transfer sonda baş tutmamışdı.

“Qalatasaray”ın idman direktoru Levent Nazifoğlu keçidin baş tutmamasını Diarranın şıltağlığı ilə əlaqələndirib: “Diarranın qəribə istəkləri var idi. O, bizdən yaşamaq üçün kirayə haqqı 30 min avro olan villa və hər birinin qiyməti 150 min avro olan 2 avtomobil tələb etdi. Bu isə bizə sərf etmədi. Ona görə də danışıqları dayandırdıq”.

Çox keçmədən Diarranın nümayəndələri “Qalatasaray”ın iddialarına cavab veriblər.

Qarşı tərəf Nazifoğlunun açıqlamasını absurd adlandırıb: “Nə ev, nə maşın? Bu, absurddur. Sadəcə təklif Lassananı qane etmədi. Razılıq əldə olunmamış keçidlə bağlı ictimaiyyəti məlumatlandırmaq “Qalatasaray”ın qeyri-peşəkarlığını göstərir. Yayılan açıqlama bəhanədir. Klub rəsmiləri bizi çox məyus etdilər”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31