5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Xarici futbol

“Mançester Yunayted” azarkeşlərindən Ronaldonun qayıdışı üçün inanılmaz addım

“Mançester Yunayted” azarkeşləri Kriştianu Ronaldonun komandaya qayıdışı üçün inanılmaz addım atmağı planlaşdırırlar. Futbolxeber.az-ın məlumatına görə, ideyanın müəllifi “United Reel” azarkeş qrupudur. Onlar həftə sonu “Real”ın “Vilyareal”a qarşı “El Madriqal”da keçirəcəyi oyunda “Evə qayıt, Ronaldo” banneri ilə təyyarə uçuşu təşkil etmək istəyirlər. Azarkeşlər artıq rəsmi saytları vasitəsi ilə bunun üçün vəsait toplamaya başlayıblar.

Xatırladaq ki, buna bənzər addım azarkeşlər ötən il də atıblar. Onlar Devid Moyesin istefaya göndərilməsi tələbə ilə icarəyə götürülmüş təyyarə üzərində “Moyes, rədd ol” banneri asmışdılar. Həmin təyyarə “Mançester Yunayted”in “Aston Villa”ya qarşı keçirdiyi oyun zamanı “Old Trafford”un üzərindən uçmuşdu. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31