Xarici futbol
XX mundialın iştirakçıları: FRANSA
16 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Fransa millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
Fransa Futbol Federasiyası 1919-cu ilin 7 aprelində təsis edilib. Federasiyanın mənzil-qərargahı Parisdə yerləşir. Fransa Futbol Federasiyası 1907-ci ildən FİFA-nın, 1954-cü ildən isə UEFA-nın üzvüdür. Təbii ki, federasiyanın FİFA-ya üzv olma tarixi sizi çaşdıra bilər. Sual yaranır ki, 1919-cu ildə yaradılan qurum necə 1907-ci ildə FİFA-ya üzv ola bilər? Məsələ bundadır ki, həmin vaxt FİFA-ya Fransa Beynəlxalq İdman Komitəsi üzv olub. Sonradan futbol federasiyası da məhz İdman Komitəsinin əsasında yaradılıb. Hazırda Fransa Futbol Federasiyasına Noel Le Qraz başçılıq edir.
Fransada ilk olaraq olimpiya yığması yaradılıb. Bu komanda 1900-cu ildə Parisin ev sahibliyi etdiyi olimpiadada iştirak üçün təsis edilmişdi. Komandanın çıxışı uğurlu alındı və fransızlar ev sahibliyi etdiklərin olimpiadanı gümüş medalla başa vurdular. Ölkənin əsas yığması isə 3 il sonra təsis edildi. Elə bu səbəbdəndir ki, Fransa milli komandası tarixindəki ilk oyunu 1904-cü il, mayın 1-də Brüsseldə keçirib. Belçikaya qarşı baş tutan görüşdə 6 qol vurulsa da, qalib aşkarlanmayıb - 3:3.
Fransa futbolunun tarixinə düşən 3 (ilk matç, ən böyükhesablı qələbə və ən ağır məğlubiyyət) oyundan biri Azərbaycanla bağlıdır. Təəssüflər olsun ki, Fransa millisi tarixi ərzindəki ən böyükhesablı qələbəni məhz yığmamız üzərində qazanıb. 1995-ci ilin 6 sentyabrında AÇ-1996-nın seçmə mərhələ görüşündə fransızlar yığmamızın qapısından 10 cavabsız top keçiriblər. Bu matç Oser şəhərində baş tutmuşdu. Elə ona görə də həmin ağır yenilgi Azərbaycan futbolunda daha çox “Oser faciəsi” kimi tanınır.
Fransızların tarixi ərzindəki ən biabırçı yenilgi isə 10:0-dan da pis nəticədir. Belə ki, 1908-ci ilin 17 oktyabrında Londonda baş tutan qarşılaşmada Danimarka millisi fransızları 17:1 hesabı ilə diz çökdürüb.
UĞURLAR
Fransa millisi 4 dəfə dünya çempionatında medalçılar sırasına düşüb. İlk belə uğur 1958-ci ilə təsadüf edir. İsveçdə baş tutan mundialda komanda bürünc medallara sahib çıxıb. 1986-cı ildə Meksikada keçirilən turnirdə də fransızlar yenə üçüncülüklə kifayətləniblər. Əvəzində 1998-ci ildə Fransa yığması ev sahibliyi etdiyi dünya çempionatında tarixi ərzində ən böyük uğura imza atıb. Komanda finalda Braziliyanı 3:0 hesabı ilə darmadağın edərək dünya kubokunu qazanıb. 2006-cı ildə komanda 8 il əvvəlki uğurunu təkrarlamağa yaxın olsa da, həlledici qarşılaşmada İtaliya millisi buna imkan verməyib.
Dünya çempionatından fərqli olaraq, Avropa birincliyində fransızlar 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa müvəffəq olublar. Əvvəlcə 1984-cü ildə ev sahibliyi etdiyi qitə çempionatının qalibi olan komanda, 16 il sonra bu uğuru Hollandiya və Belçikanın birgə təşkil etdiyi turnirdə təkrarladı. 1996-cı ildə İngiltərə keçirilən Avropa çempionatında isə Fransa bürünc medala sahih çıxıb.
Fransa millisi Danimarkayla birgə Konfederasiyalar Kubokunun qalibi olmuş 2 Avropa ölkəsindən biridir. Özü də skandinaviyalılardan fərqli olaraq, fransızlar bu uğura 2 dəfə - 2001 və 2003-cü illərdə imza atıblar.
Yeganə Olimpiya çempionluğunu isə Fransa millisi 1984-cü ildə, Los-Ancelesdə baş tutan olimpiadada qazanıb.
REKORDÇULAR
Fransa millisinin tarixində ən çox oyun keçirən futbolçu Lilian Türamdır. O, 1994-2008-ci illər aralığında yığmada 142 matça çıxıb və 2 qol vurub. Onun ən yaxın izləyicisi Tyerri Anridir. Hələ də futbolçu karyerasını davam etdirən təcrübəli forvard 1997-2010-cu illər aralığında yığmada 123 matça çıxıb və 51 qol vurub. Rekordçuların siyahısında ilk “üçlüy”ü Marsel Desayi qapayır. O, 1993-2004-cü illər ərzində millidə çıxış edib. Bu müddət ərzində Desayi 116 matçda forma geyib.
Oyun sayına görə ikinci olan Tyerri Anri qol sayında liderdi. Belə ki, təcrübəli forvard 123 matçda 51 qolla vurmaqla Fransa yığmasının tarixindəki ən yaxşı bombardirdi. Hazırda UEFA prezidenti olan Mişel Platini 1976-1987-ci illər aralığında 72 oyuna çıxıb və 41 qol vurub. Anri kimi hələ də klub karyerasını davam etdirən David Trezege isə 71 oyunda 34 dəfə fərqlənib.
FRANSA MİLLİSİ MUNDİLLARDA
Fransa millisi 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatının iştirakçıları arasında olub. Elə mundiallar tarixindəki ilk oyunda meydana çıxan 2 komandadan biri də məhz Fransa yığmasıdır. Fransızlar 3 oyunda yalnız 1-də qələbə qazanmaqla ilk dünya çempionatını yeddinci pillədə tamamlayıb. Növbəti mundialda 1/8 finalda dayanan fransızlar, 1938-ci ildə də turnirlə 1/4 finalda vidalaşıb.
II dünya müharibəsindən sonrakı ilk mundialı kənardan izləyən Fransa yığması, 1954-cü ildə turnirdə mübarizəni qrup mərhələsində dayandırsa da, 4 il sonra bürünc medala sahib çıxmağı bacarıb.
1962, 1970 və 1974-cü illərdəki mundialdan kənarda qalan Fransa, DÇ-1966 və DÇ-1978-i də elə qrup mərhələsində tərk edib. 1982-ci ildə dördüncü olan fransızlar 4 il sonra bu nəticəni yaxşılaşdıraraq, bürünc medala sahib çıxıblar.
1990 və 1994-cü illərdə dördilliyin ən böyük turnirlərindən kənarda qalan Fransa yığması son 5 mundialda mübarizə aparmaq hüququ qazanıb.
Braziliyada 14-cü dəfə mundial həyəcanı yaşayacaq Fransa yığması bu günə kimi dünya çempionatlarında 54 oyuna çıxıb. Bu matçların 25-də qalib gələn fransızlar, 11 dəfə meydandan heç-heçə, 18 dəfə də məğlubiyyətlə ayrılıblar. Komanda dünya çempionatlarında vurduğu 96 qolun qarşılığında öz qapısında 68 qol görüb.
PÜŞK VƏ TƏQVİM
Fransa millisi püşkatmadan öncə dördüncü səbətdə yer alırdı. Komanda püşkə əsasən “E” qrupunda qərarlaşıb. Fransa millisinin rəqibləri isə İsveçrə, Ekvador və Hundoras olacaq. İlk başda, Fransa millisinin bu qrupun favorit qismində göstərmək olar. Lakin bunun üçün komanda xeyli səy göstərməlidir. Çünki fransızlar kimi İsveçrə və Ekvador yığmasının da play-off uğrunda sona kimi vuruşacağı şübhəsizdir.
Fransa millisi mundialdakı ilk oyununu Hondurasa qarşı keçirəcək. Bu matç iyunun 15-də, Beyra-Rioda baş tutacaq. İkinci turda isə azarkeşlər qrupda yer alan 2 Avropa təmsilçisinin duelinə şahidlik edəcəklər. İsveçrə - Fransa matçı iyunun 20-də Fonte-Novada keçiriləcək. Qrupdakı son matçında isə fransızlar Ekvadorla üz-üzə gələcəklər. Bu matç iyunun 25-də, möhtəşəm “Marakana” stadionunda baş tutacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:35
Millimiz Mozambikə qalib gəldi
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
29.10.2026
28.10.2026
27.10.2026























