Basketbol
Təbriz Həsənov: “Təbrikləri qəbul etmirəm, narazılığımı bildirirəm”

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı artıq tarixin yaddaşına qovuşub. Qitə birinciliyinin başa çatmasından 1 aydan artıq vaxt keçib. Tarixində ilk dəfə qitə birinciliyində çıxış edən Azərbaycan yığması mübarizəni qrup mərhələsində dayandırsa da, oyunu ilə azarkeşlərdə futbolumuzun gələcəyinə ümid yaratmağı bacardı. Bunda isə baş məşqçi Təbriz Həsənovun böyük rolu var. Təcrübəli mütəxəssis Futbolxeber.az saytına müsahibəsində komandasının qitə birinciliyindəki çıxışını dəyərləndirdi.
- Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının başa çatmasından 1 aydan da artıq vaxt keçib. Təbii ki, millimizin oyunlarını hərtərəfi təhli etmisiniz Ümumi götürsək, yığmamızın qitə birinciliyindəki çıxışını necə dəyərləndirmək olar?
- Avropa çempionatında işimiz asan deyildi. Buna baxmayaraq, əlimizdən gələni etdik. Turnirdən öncə komandaya yeni oyunçular cəlb etdik. Məqsəd qrupdan çıxmaq idi. Bunu çox istəyirdik. Mən bacaracağımıza inanırdım. Hər şey də məhz buna hesablanmışdı. Lakin bacarmadıq, qarşıya qoyulan məqsədə çatmdıq. Bunun da səbəbləri çoxdur. İlk oyunda gələcək çempionla, güclü rəqiblə qarşılaşdıq. Böyükhesabla uduzsaq da, futbolçularımız son 2 oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Portuqaliya ilə oyunda psixoloji cəhətdən əziyyət çəkdik. Fubolçular onsuz da özlərini narahat hiss edirdilər. Erkən qol isə işimizi daha da çətinləşdirdi. Erkən qol məni ən çox narahat edən məqam idi, o da başımıza gəldi. Matçın gedişində kənardan nə qədər tapşırıq versək də, oyunun gedişatını dəyişmək mümkün olmadı. Belə vəziyyətdə kapitandan çox şey asılı olur. Məhz o meydanda komandanı çətin vəziyyətdən çıxarmalıdır. Əfsuslar olsun ki, matçın əvvəlindən kapitanın özü çətin vəziyyətə düşmüşdü. Meydanda lider yox idi...
2 və 3-cü oyunlarımız daha uğurlu alındı. Əla futbol sərgilədiyimizi deməzdim. Amma nəzərə almaq lazımdır ki, rəqiblərimiz Belçika və Şotlandiya idi. Belçikaya qalib gələ bilərdik, uduza da. Matçın gedişində hakim penaltimizi vermədi, son dəqiqədə ustalıq çatmadı və qələbə qazana bilmədik. Bununla belə, futbolçular böyük təcrübə topladılar. Avropa çempionatı gələcək karyeralarında onlara kömək edəcək. Özlərini daha sərbəst hiss edəcəklər. Futbolçularımız gördülər ki, Avropa ölkələri necə futbol oynayırlar. Hər şeyin başında sürət dayanır.
- Qrupdan çıxmasaq da, əksəriyyət qazanılan 4 xalı qənəaətbəxş nəticə hesab edir. Razısız bu fikirlə?
- Mən məşqçi olaraq 4 xala sevinmirəm. Çünki qarşımızdakı hədəf qrupdan çıxmaq idi. Mən daxilən buna inanırdım. İlk oyunda Portuqaliya ilə qarşılaşdıq. Bəxtdən də çox şey asılıdır. Bəlkə də Portuqaliya ilə sonda oynasaydıq, Belçikaya qarşı olduğu kimi, bizimlə görüşə əsas heyəti buraxmazdılar və 4 xalın üstünə 1 xal əlavə olunardı və 1/4 finala vəsiqə qazanardıq. Buna görə heyfslənirəm. Digər tərəfdən də 4 xal pis nəticə deyil. Çünki ilk dəfə Azərbaycan millisi Avropa çempionatında çıxış etməsinə baxmayaraq, 4 xal topladı. Halbuki, səhv etmirəmsə, buna qədər heç Elit raundda qələbə qazana bilməmişdik.
- Nəinki qələbə qazanmaq, Elit raundda yığmalarımız heç qol da vura bilməmişdi...
- Bəli, qol da vurduq, komandanın ifasında oyun da vardı. Son 2 matç uşaqlar heç də zəif deyillər. Komanda əlindən gələni etsə də, məşqçi kimi mən nəticədən razı deyiləm. O vaxt razı qalardım ki, mərhələni adlayardıq.
- Şablon sual olsa da, soruşmalıyam. Geriyə baxanda, imkanınız olsaydı, nələri dəyişmək istərdiniz?
- Yoxlama oyunlarını qrupdakı rəqiblərə uyğun seçərdik. Rusiya və Ukrayna ilə oynadıq, amma Beika və Portuqaliya tam başqa futbol oynayırlar. İmkan olsaydı, heyəti də daha tez komplektləşdirərdik. Zədəlilərə görə heyətə yeni oyunçular dəvət etdik. Onların da komandaya uyğunlaşmasına vaxt lazım idi. Bəlkə də həmin futbolçuları heyətə tez cəlb etsəydik, bundan da yaxşı nəticə qaznardıq.
- Çempionatdan sonra əksər mütəxəssislər zamanı ən çox bir fikir səslənirdi: “Millimizin ilk oyununun Olimpiya Stadionuna salınması səhv addım idi. Başqa stadionda oynasaydıq, bəlkə də nəticə fərqli olardı”. Qatılırsız bu fikrə?
- Səhv olub-olmadığını deyə bilmərəm. Amma o həqiqətdir ki, Olimpiya stadionun böyüklüyü, arenanın təzyiqi futbolçulara mənfi təsri göstərdi. Daha əvvəl həmin arenada yoxlama görüşündə Rusiyaya 1:5 hesabı ilə uduzmuşduq. Futbolçular özləri də deyirdilər ki, meydança böyük görsənir. Sanki bitmir, sonsuzdur. Kənardan təhlükəli görünməyə bilər. Amma futbolçular özlərini narahat hiss edirdilər. 33 min azarkeşin gəlməsi də əlavə təsirini göstərdi. Portuqaliyada 33 min azarkeş qarşısında oynasaydıq, işimiz bu qədər çətin olmazdı. Doğma meydanda çıxış edirdik. Oyunçuların qohumlar, dost-tanışları stadionda idilər və bu, məsuliyyəti daha da artırırdı. Ani səhv etməkdən çəkinirdilər. Kim istərdi ki, belə uduzsun? Bir tərəfdən də bu, gələcək üçün bir təcrübə oldu. Futbolçular məhz belə oyunlarla bərkiyəcəklər.
- Avropa çempionatı məşqçi kimi Təbriz Həsənova nə qazandırdı?
- Məşqçi kimi qazancım çox oldu. Böyük təcrübə topladım. Çempionat boyu lazım olan qeydləri aparırdım. Əmin oldum ki Avropa futbolu tam fərqlidir. Avropalılar istər fərdi, istərsə də komanda şəklində bizdən çox seçilirlər. Bu isə futbolda atılan ilk addımlardan asılıdır. Portuqalya, Belçikanın oyunçularının topu qəbul etmələri, texniki hərəkət etmələri bizdən fərqlənirdi. Acı olsa da, etiraf etməliyik ki, onlardan geri qalırıq. Müasir futbol məhz budur. Çox istərdim ki, azyaşlılara iİlk addımlarını atanda futbolun əlifbasını düzgün öyrətsinlər. Bütün texniki hərəkətləri dəqiq öyrənmək lazımdır. Futbolda hər nə qədər gücün çox olsa da, nə qədər çox qaçsan da, hər şeyi fərdi bacarıq həll edir. Komandaları gördük. Bu gün futbolda hər kəs komanda şəklində oynamağa üstünlük verir. Portuqaliya, Belçika, İspaniyada elə futbolçular var ki, oyunun taleyini hər an həll edə bilər.
- Avropa çempionatından öncə belə görünürdü ki, futbol ictimaiyyəti lazımı səviyyədə sizə dəstək vermir. Bəzən hansısa məşqçi futbolçusunu yığmaya dəvət etmədiyiniz üçün sizə etiraz edirdi, ya Premyer Liqa klubu sizə qarşı çıxırdı. Belə nümunələrin sayə az deyil. Bəs, çempionatdan hansı münasibəti gördünüz?
- Əvvəla onu qeyd edim ki, AFFA tərəfindən daim dəstək görmüşəm. Bu cür böyük məsuliyyəti mənə etibar etdikləri üçün onlara minnətdaram. Mən də çalışırdım həmin etimadı doğruldum. Amma daha əvvəl də dediyim kimi, yekun nəticədən narazıyam. Düzdür, azarkeşlər, dost-tanış, mütəxəssilər çempionatdan sonra hər dəfə görüşəndə məni təbrik edirlər. Soruşuram ki, nə səbəblə? (gülür) Bilirəm ki, qazanılan 4 xala görədir. Lakin mən təbriklərlə razılaşmıram, narazıçılığımı bildirirəm. Təbriki qəbul etmirəm.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah” - “Kəpəz” oyunundan sonra dava - EKSKLÜZİV
- Zaur Axundov: “Qoymaram kimsə “Araz-Naxçıvan”ın haqqına girsin”
- “Araz-Naxçıvan” “Kəpəz”in futbolçusu ilə güclənir - EKSKLÜZİV
- Ponomaryov Adıgözəlovu qəzəbləndirib
- “Mingəçevir”in hücumçusu: “Komandada söz-söhbətlər olsaydı, bu nəticələri qazana bilməzdik”
- “Kəpəz”in yeni rəhbərliyi fəaliyyətə başladı - EKSKLÜZİV
- AFFA-nın növbəti biabırçılığı: UEFA layihəsi çərçivəsində torsuz qapılar
- Bir alqış da PFL-ə
- Andrade: “Bu, bizim arzumuzdur”
- “Neftçi” üçün SOS
- Millimiz Xorvatiyaya məğlub oldu
- Qara Qarayev: “Mənə görə, bu, penaltidir”
- Rednik “Kəpəz”ə gəlişini təsdiqlədi: “Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar”
- Bakıda “Dünya neft və qaz kuboku 2025” start götürdü
- Azərbaycan futbolunun ümid yeri
-
13:12
“Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
-
12:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:36
Diniyev oynadı, komandası mövsümü 10-cu pillədə başa vurdu
-
12:03
"Bavariya"nın qələbəsi VİDEO
-
11:48
Emin Mahmudov: “Kubokun finalına baxmayacağam”
-
11:27
"Atletiko"nun hücumçusundan poker VİDEO
-
11:14
Vüsal İsgəndərlidən məhsuldar ötürmə və sarı vərəqə
-
11:00
PSJ 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Erkin İbrahimov: “Ümid edirəm ki, “Kəpəz” ailəsi vahid məqsəd uğrunda birləşərək”
-
10:32
Həmyerlilərimizin komandasının qələbə həsrəti bitdi
-
10:16
“Yuventus” qələbəni əldən verdi VİDEO
-
10:04
Emil oynadı, “Çernomorets” qalib gəldi
-
09:49
“Qalatasaray”dan çempionluq yolunda daha bir addım VİDEO
-
09:31
Krivotsyukun komandasından heç-heçə
-
22:48
"Neftçi" Tovuzdan 3 xalla qayıdır VİDEO
-
22:16
Berdıyev: “Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq”
-
22:00
Samir Abasov: “Neftçi”nin futbolçusu olmaq hər şeydən üstündür”
-
21:23
“Neftçi” və "Zirə" qələbə qazandı
-
20:32
Rəşad Sadıqov: “O, Azərbaycan futbolunun düşmənidir”
-
19:54
Elvin Məmmədov: "Alınmadı...”
-
19:45
Volkovun "Zirə"yə qələbə qazandırdı VİDEO
-
18:00
Ulu öndərin abidəsi ziyarət edilib
-
17:08
Ayın ən yaxşı qolları müəyyənləşdi
-
16:27
De Brüyne “Napoli” yolunda
-
15:53
Virts “Bayer”i bu kluba dəyişəcək
-
14:31
“Kəpəz”in yeni rəhbərliyi rəsmən açıqlandı FOTOLENT
-
14:00
Bakıda “Dünya neft və qaz kuboku 2025” start götürdü
-
13:16
“Real” Alonso üçün nə qədər kompensasiya ödəyəcək?
-
12:44
I Liqada 26-cı turun oyun cədvəli açıqlandı
-
12:25
“Barselona” onu satmaq qərarına gəldi
-
12:09
"Zaqatala" "Karvan"a böyük hesabla qalib gəldi VİDEO
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
"Milan"dan geridönüş VİDEO
-
10:58
“Roma”nın kapitanı mövsümü erkən başa vurdu
-
10:46
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:23
Dadaşovun qolu komandasına qələbə gətirdi
-
10:04
“Qaradağ Lökbatan” MOİK-ə belə uduzdu VİDEO
-
09:30
"Mingəçevir" "İmişli"ni büdrətdi VİDEO
-
23:45
“Araz-Naxçıvan” “Qarabağ”la oyuna itki ilə hazırlaşır
-
23:31
“Mingəçevir”in hücumçusu: “Komandada söz-söhbətlər olsaydı, bu nəticələri qazana bilməzdik”
-
21:28
Ayxan Abbasovdan hakimlərə etiraz: “Ayıbdır”
-
20:54
"Şamaxı" səfərdə məğlub oldu
-
19:07
I Liqada 25-ci tura yekun vuruldu
-
18:32
Millimiz Belarusa qalib gəldi
-
17:53
Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək
-
17:19
“Mançester Yunayted” “Portu”nun rekordunu təkrarlamağa yaxındır
-
17:00
“Çelsi”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
16:46
“Kəpəz”in yeni rəhbərliyi fəaliyyətə başladı - EKSKLÜZİV
-
16:35
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu FOTOLENT
-
16:24
Bosniya futbolunun əfsanəsi millidəki karyerasını başa vurur