24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək

İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 2026-cı i üçün ölkədə idman paytaxtı seçilən Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək.

Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər.

Bununla yanaşı, həvəskarlar üçün nəzərdə tutulmuş qayıqlarda peşəkar məşqçilərin nəzarəti altında şəhər sakinləri və qonaqlar avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Tədbirin əsas məqsədi regionlarda su idman növlərinin təbliği, yeniyetmə və gənclərin avarçəkməyə marağının artırılması, eləcə də sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31