16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Digər idman növləri

Naxçıvanda qaçış üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvanda məktəbli oğlan və qızlar arasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan Muxtar Respublika stadionunda reallaşan yarışda şəhər və rayonlardan ümumilikdə 70-ə yaxın məktəbli mükafatlar uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən birgə təşkil olunan birincilikdə idmançılar 100, 200, 400, 800 və 1500 metr məsafələri qət ediblər.

Oğlanlar arasında Məhəmməd İsgəndərli (100 m), Murad Muradov (200 m), Uğur Məmmədli (400 m), Vedat Babayev (800 m) və Namiq Babayev (1500 m) yarışı birinci sırada bitiriblər. Qızların mübarizəsində isə Aysel Hüseynova (100 m), Zeynəb Babayeva (200 m), Dilək Məmiyeva (400 m) və Duyğu Hüseynova (800 m) ən yaxşı nəticəyə imza atıblar.

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30