25 May 2026, Bazar ertəsi
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Digər idman növləri

Boksçularımız Avropa çempionatında yarışacaqlar

Sentyabrın 30-da Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

Fubtolxeber.az saytının məlumatına görə, 10 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcəklər.

Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.

Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.

Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31