14 Sentyabr 2026, Bazar ertəsi
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi

Digər idman növləri

Azərbaycanı "Grand Swiss" turnirində təmsil edəcək şahmatçılar məlum olub

Bu ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Grand Swiss" turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

Futbolxeber.az-ın Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadən verdiyi məlumata görə, kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli, qadınların mübarizəsində Günay Məmmədzadə qüvvəsini sınayacaq. Gövhər Beydullayeva isə ehtiyat şahmatçılar arasında yer alıb.

Qeyd edək ki, sentyabrın 3-dən 16-dək təşkil olunacaq "Grand Swiss" turniri 11 turdan ibarət olacaq. Həm kişilərin, həm də qadınların yarışında ilk iki pilləni tutan iştirakçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Nüfuzlu turnirin mükafat fondu 36 faiz artırılıb. Belə ki, mükafat fondu kişilərin yarışı üçün 625 min ABŞ dolları, qadın şahmatçılar üçün 230 min dollar təşkil edir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30