Digər idman növləri
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb.
6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.
Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və digər federasiyaların rəsmiləri də izləyiblər.
Döyüşlərdən öncə Azərbaycan boksçularının il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks millilərimizin 2024-cü ildəki çıxışını uğurlu adlandırıb. Ölkəmizdə bu idman növünün inkişaf etdiyini bildirən nazir artıq paytaxt və bölgələrdə boks zallarının istifadəyə verildiyini deyib.
Sahil Babayev 2024-cü ilin idmançılar üçün uğurlu alındığını deyib. O bildirib ki, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları qatıldıqları 35 beynəlxalq yarışda 160 medal qazanıblar. Onlardan 44-ü qızıl, 48-i gümüş və 68-i bürüncdür. Bu mükafatlardan 21-i Avropa, 5-i dünya çempionatlarında və biri Parisdə keçirilən Yay Olimpiya Oyunlarında əldə edilib.
S.Babayev bu il ölkəmizin 2 beynəlxalq yarışa ev sahibliyi etdiyini də xatırladıb. O, 2025-ci ildə bu turnirlərin sayının 3-ə yüksələcəyini qeyd edib. Federasiya prezidenti maddi-texniki bazanın gücləndirildiyini, hakimlərimizin beynəlxalq ulduzlarını artırdığını, məşqçilərimizin beynəlxalq dərəcə aldığını da bildirib.
O, hədəfin dəyişməz qaldığını və əsas məqsədin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb.
Ardınca Fərid Qayıbov və Sahil Babayev gənclər arasında dünya birinciliyində və U-22 Avropa çempionatında medal qazanan boksçularla görüşüblər.
Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 60 kq və 67 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.
Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov, Yadigar Əliyev, Amin Məmmədzadə, Ömər Aslanlı, Maqsud Xasmetov, Malik Həsənov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Rasim Çobanlı, Murad Allahverdiyev, Seyid Seyidov, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.
Komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21 xal) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (19 xal) qapayıb.
Çempionatın ən yaxşı boksçusu adına Sübhan Məmmədov layiq görülüb. Qalib Əbiyev isə ən yaxşı hakim seçilib.
Azərbaycan çempionatı
Final
48 kq
Bilalhəbaşi Nəzərov (DYBİK) - Sübhan Məmmədov (“Arena” İK) 0:5
51 kq
Tural Sarıyev (“Neftçi” İK) - Yadigar Əliyev (“Səbail” İK) 2:3
54 kq
Amin Məmmədzadə (“Qızıl əlcək”) - Məsud Yusifzadə (BFL) - birinci tam üstünlüklə qalib gəlib
57 kq
Zəlimxan Süleymanov (BFL) - Ömər Aslanlı (Sumqayıt) 0:5
60 kq
Maqsud Xasmetov (MOİK) - Elbrus Adıgözəlov (“Neftçi” İK) - ikinci döyüşə gəlməyib
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) - Ruslan Rüstəmov (BFL) 5:0
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) - Zaur Qəhrəmanov (“Cənub” İK) 5:0
71 kq
Sərxan Əliyev (“Neftçi” İK) - Nicat Həsənov (“Qızıl əlcək” İK) 5:0
75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) - Rasim Çobanlı (DİN İC) 2:3
80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) - Cəbrayıl Yelekov (Z-1 İK) 3:2
86 kq
Seyid Seyidov (KNOUT) - Məmməd Quliyev (“Neftçi” İK ) 5:0
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) - Surət Qarayev (“Səbail” İK) 5:0
+92 kq
Məhəmməd Abdullayev (BFL) - Ələkbər Ələkbərov (“Cənub” İK) – birinci tam üstünlüklə qalib gəlib
Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























