30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Digər idman növləri

Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.

Futbolxeber.az saytına AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, memorandumu qurumun icraçı direktoru Təhminə Tağı-zadə və Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer imzalayıblar.

Memorandumun məqsədi AMADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətini təkmilləşdirmək üçün nəticələrin emalı, təhqiqat, tibb, testetmə, təhsil və digər sahələrdə Almaniya Milli Antidopinq Agentliyi ilə təcrübə mübadiləsi, birgə məsləhətləşmələrin həyata keçirilməsi və hər iki qurumun əməkdaşlarından ibarət işçi qruplarının yaradılması və sair kimi fəaliyyət istiqamətlərindən ibarətdir.

Gələcəkdə bu Anlaşma Memorandumu əsasında müxtəlif sahələri əhatə edən ikitərəfli müqavilələrin imzalanması da nəzərdə tutulur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30