5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Digər idman növləri

Hakimlər üçün seminar

Azərbaycan Voleybol Federasiyası (AVF) 2024/2025 mövsümündə keçiriləcək yarışlarda iştirak edəcək hakimlər üçün seminar təşkil edib.
 
Futbolxeber.az saytının məlumatına görə, oktyabrın 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan seminara paytaxt və bölgələrdən ümumilikdə 40-a yaxın hakim qatılıb.
 
Seminar federasiyanın Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədrin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev tərəfindən keçirilib. Mütəxəssislər iştirakçılara yeni mövsümdə baş tutacaq yarışlar, voleybolda tətbiq edilən yeni qaydalar, həmçinin çelenc sistemi haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.
 
Seminarın sonunda hakimlər test imtahanında iştirak ediblər. Komissiya hakimlərin təyinatını testin nəticələrinə uyğun olaraq həyata keçirəcək. Ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-nin Hakimlər Komissiyası tərəfindən təyin olunur.
 
Qeyd edək ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31