2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Boksçumuz ermənini məğlub edərək Avropa çempionu oldu

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda ermənistanlı Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycan himnini səsləndirib.

57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla bitirib. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

Qeyd edək ki, 1 il öncə Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31