5 Avqust 2026, Çərşənbə
"Sumqayıt" braziliyalı yarımmüdafiəçi ilə gücləndi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Digər idman növləri

FIDE reytinqi: Şəhriyar irəlilədi, Teymur gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. 2738 xalı olan Teymur Rəcəbov 13-cü yerdən 18-ci pilləyə düşüb.

Qədir Hüseynov (2668) 3 sıra geriləyərək 81-ci, Rauf Məmmədov (2656) isə 4 pillə itirərək 92-ci olub.

Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzcanı (2793) 3-cü sırada yer alıb.

Qadın şahmatçılardan Gülnar Məmmədova (2383) 22-ci, Ülviyyə Fətəliyeva (2317) 52-ci, Günay Məmmədzadə (2277) 68-cidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31