17 Fevral 2026, Çərşənbə axşamı
“Turan Tovuz” Şamaxıda xal itirdi
“Şamaxı"nın müdafiəsi yaxşı oynadı”
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”

Digər idman növləri

Rafael Ağayev 11 qat Avropa çempionudur

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.

Futbolxeber.az-ın “Qəbələ”nin saytına istinadən verdiyi məlumata görə, idmançımı Serbiyanın Novi-Sad şəhərində keçirilən 53-cü Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Rafael yarışa 2-ci mərhələdən başlayıb. 33 yaşlı karateçimiz litvalı Remiqiyus Yurqilaytis, latviyalı Ruslan Sadikovs, türkiyəli Erman Eltemur və italiyalı Luici Busaya qalib gələrək finala yüksəlib. Ağayev bu gün keçirilən həlledici qarşılaşmada macarıstanlı Qabor Harspatakini məğlub edib.

Bununla da 5 qat dünya çempionu olan Rafael 11-ci dəfə Avropa çempionu tituluna yiyələnib. O, Novi-Saddakı uğura qədər 10 dəfə qitə çempionatının qızıl medalına sahib olmuşdu.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28