Digər idman növləri
Ağır atletika yığmasının mərkəzi bazasında üzgüçülük kompleksi açılıb
Azərbaycan ağır atletika yığma komandasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində üzgüçülük kompleksi istifadəyə verilib.
Futbolxeber.az saytının məlumatına görə, bu, idmançıların ixtiyarına verilən daha bir hazırlıq məkanıdır.
Yığma komandanın beynəlxalq yarışlara hazırlığı üçün ən optimal şəraitin qurulması məqsədilə tikilən bu Kompleksdə atletlər daha effektiv bərpa prosesi keçə biləcək, məkanın digər imkanlarından yararlanaraq məşqlərdə daha effektiv nəticə qazanmağa nail ola biləcəklər.
Rəsmi açılış mərasimində Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti, həmçinin AAAF Park Yaşayış Kompleksi və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər qonaqlar iştirak ediblər. Mərasim böyük izdiham və maraqla qarşılanıb.
Üzgüçülük kompleksinin açılışı üçün qırmızı lent kəsilib. Bu hüquq yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionları olmuş 4 idmançı - Səbinə Əzimova, Rüstəm Qasımov, Füqan Əliyev və Tarmenxan Babayevə verilib. Daha sonra qonaqlar Üzgüçülük Kompleksi ilə ətraflı tanış olublar.
Ən müasir standartlara uyğun Üzgüçülük Kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5 – 1,7 metr olan 6 sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Burada müştərilərə soyuq və isti içkilər təklif olunur. Kompleksdə 3 sadə və 2 VIP olmaqla 5 masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, 3 VIP otaq da xidmətə açıqdır. Kompleksdə həmçinin 20 nəfərin eyni zamanda məşğul ola biləcəyi fitness mərkəzi də var. Ən müasir avadanlıqlarla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.
Qonaqlar gördüklərindən razı qalaraq görülən işlər və yaradılan şəraiti təqdir ediblər. Tanışlıqdan sonra açılış mərasiminin rəsmi hissəsi başlayıb.
Burada federasiyanın 1-ci vitse-rezidenti Tofiq Heydərov, “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru və federasiyanın baş katibi Rizvan Rəsulov çıxış ediblər. Onlar Azərbaycanda idmana yaradılan şəraitdən danışıb, inkişaf üçün bütün imkanların olduğunu qeyd ediblər. Natiqlər bildirib ki, ölkəmizdə hökm sürən sabitlik böyük layihələrin həyata keçirilməsinə təkan verir, Cənab İlham Əliyevin şəxsi başçılığı ilə idmana göstərilən diqqət və qayğı isə Azərbaycanı işıqlı gələcəyə aparır.
Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əizmova da tədbirdə çıxış edərək ürək sözlərini bildirib. 17 yaşlı atletimiz onlara yaradılan yüksək şəraitdən danışıb, məşq etmək və uğurlar qazanmaq üçün bütün imkanlara malik olduqlarına görə ölkə rəhbərliyinə, “Zirvə” İSC və Azərbaycan Ağır Atletika Federasiyasına minnətdarlığını dilə gətirib.
Sonra mərasimin bədii hissəsinə keçilib. Azərbaycan Respublikasının Xalq artistləri Nazpəri Dostəliyeva və Bilal Əliyev gözəl mahnılar ifa edərək qonaqlar və sakinlərə xoş ovqat bəxş ediblər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
05.11.2026
04.11.2026
03.11.2026
























