6 Noyabr 2025, Cümə axşamı
Qələbəyə bərabər heç-heçə
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
Ayın qolunun qalibi mükafatlandırıldı

Digər idman növləri

“Qəbələ”nin üzvündən yeni müqavilə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, idmançı “Fight Night”la anlaşma imzalayıb.

Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.

Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30