18 Avqust 2026, Çərşənbə axşamı
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Ramil Quliyev: “İstəsələr, Azərbaycana qayıtmağa hazıram”

“Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu azvision.az saytına  açıqlamasında Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram” - deyə cavab verib.

“Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31