Digər idman növləri
Rauf Məmmədov: “Şəhriyar bütün görüşlərdə qələbə qazanmaq istəyirdi”
ShamkirChess 2017 turnirinin qalibi Şəhriyar Məmmədovun komanda yoldaşı Rauf Məmmədov rəsmi sayta müsahibəsində yarışa hazırlıqla bağlı danışıb.
Futbolxeber.az saytının məlumatına görə, şahmatçı Şəhriyarla işləməyin çətin olduğunu deyib: "Uzun illər dostluq münasibətimiz var. Şəmkirə dəvət edəndə söylədi ki, istəyirəm birgə yollanaq. Həm məşq baxımından, həm də dost kimi yanımda olasan. Bizim üçün əsas əhvalımız yaxşı olsun. Şahmatda bu vacib amildir. Əgər partiyadan əvvəl əhval yüksək olursa bu oyuna da təsir edir. Bütün partiyala birlikdə hazırlaşırdıq.Onunla çalışmaq həm məsuliyyətlidir, həm çətin. Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Onunla işləmək asan olmur.
Şəmkirdə çox möhtəşəm perfomans göstərdi. Ağ fiqurlarla qalib gəlmədi. Amma qara fiqurlarla partiyada üç güclü şahmatçını məğlub etdi. Onlardan ikisinin reytinqi 2800-dən yüksək idi. Üçüncü turda Pavel Elyanova qarşı oyunda etdiyi açılışı bir daha oynamamağı söyləmişdim. Məmmədyarov 5-ci turda məsləhətimə qulaq asdı. Harikrişnayla görüşdə fərqli gedişlər etdi. Elyanovla oyunda açılışdan sonra onun vəziyyəti yaxşı deyildi. Ona görə dəyişikliyə ehtiyac var idi.
Onun özünəməxsus cəhətləri var. Şəhriyar ancaq hücum haqqında düşünür. Bu qədər risk etmək düzgün deyil. Hətta yarışın lideri olduğu zaman növbəti partiyada qələbə qazanmaq istəyir. Bütün görüşlərdə qələbə uğrunda yarışır. Lakin bu, mümkün deyil. Şahmatçının bütün turlarda qələbə qazanması çətindir. Tez-tez təkrarlayırdım. Sakit oyna, tələsmə. 8-ci turda Voytaşekə məğlubiyyət acınacaqlı oldu. Şəhriyar bir qədər yaxşı hazırlaşmadı. Bəlkə də yorğunluq idi. Bütün variantları axıra qədər yoxlamadı. Baxdığımız variantlarda oyun fərqli görsənirdi. Bununla belə, əsas yekun nəticədir. Çox sevinirəm ki, dostum ShamkirChess2017 turnirinin qalibi oldu. Layiqli qələbəsi oldu. Şəhriyar növbəti dəfə güclü olduğunu sübut etdi.
Onunla iş prosesində çox təcrübə qazandım. Şəhriyarla eyni üslubda oynayırıq. Kompyuterə baxanda gedişlərə nəzər salırdıq. Sonra müzakirə edəndə çox vaxt eyni variant üzərində dayanırdıq. Şəhriyarla işləmək mənim üçün böyük təcrübə oldu. Həm maraqlı idi, həm də öyrənirdim. Güclü şahmatçı olmaqla yanaşı, həm də gözəl insandır.
Mayın 29-da şəxsi Avropa çempionatı var. Yaxın günlərdə təlim-məşqdə iştirak etmək üçün 2 günlük Ukraynaya yollanıram. Fikrimcə, Şəmkir turnirindəki təcrübə Avropa çempionatında mənə kömək olacaq. Bəlkə inanmayacaqsınız, Amma onun möhtəşəm çıxışı mənə də təsir etdi. İndi qitə birinciliyində mümkün qədər yaxşı oynamaq istəyirəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























