2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

Azərbaycanlı hakimə Rusiya və Qazaxıstandan dəvət gəldi

Çimərlik futbolu üzrə FIFA referisi Əfqan Həmzəyev 2 ölkədən dəvət alıb. Bu haqda Futbolxeber.az saytına təcrübəli hakimin özü məlumat verib. O, qeyd edib ki, ilk dəvət Moskvadan gəlib: “Rusiya paytaxtında mayın 13-ü və 14-də şəhər idman idarəsi və “Era” futbol təşkilatı xeyriyyə turniri keçirir. Həmin turnirə həm fəxri qonaq, həm də final oyununun baş hakimi kimi dəvət almışam”.

Həmyerlimizə digər təklif isə Qazaxıstandan gəlib: “Qazaxıstan Çimərlik Futbol Federasiyasının dəvəti ilə 19-22 may tarixlərində bu ölkədə olacağam. Qazaxıstan kubokunun final mərhələsinə dəvət olunmuşam. 19-20 mayda yerli hakimlərə mini seminar keçəcəyik. Eləcə də meydanda praktiki məşğələlər olacaq. Son 2 gündə isə finallar baş tutacaq”.

Qeyd edək ki, bu, Əfqan Həmzəyevin il ərzində xarici ölkəyə 6-cı səfəri olacaq. FIFA referisi 2016-cı ilin ilk 4 ayı ərzində Yaponiya, Tailand, Fransa və Mərakeşdə çimərlik futbolu üzrə turnirlərdə iştirak edib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31