Digər idman növləri
Sadıq Sadıqov: “Bakıdakı turnir Kazandakı Avropa çempionatını kölgədə qoydu”
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Futbolxeber.az saytına müsahibə verib.
- “Böyük dəbilqə” turnirinə yekun vuruldu. Yarış haqda nə deyə bilərsiz?
- Hazırda müəyyən problemlərimiz olsa da, onları həll etməyə çalışırıq. Artıq olimpiadaya 6 lisenziya qazanmışıq. Cəmi bir lisenziyamız çatmır. 81 kq çəki dərəcəsində lisenziyaya ümidimiz yoxdur. Olimpiadaya 6 lisenziya ilə gedəcəyik. "Böyük Dəbilqə"də bizim üçün medal da önəmli idi. Ancaq qorxumuz da vardı ki, idmançılarımız zədələnərlər. Olimpiadaya az qalıb. Rüstəm Orucovun fotosunu yəqin ki, gördünüz. Yaxşı ki tez təslim oldu. Yoxsa, qırıq da ola bilərdi. Əsas ümidlərimizdən biri Rüstəmdir. Bizim üçün önəmli olan Ollimpiadadır. Bildiyiniz kimi, Rövnəq Abdullayev 5 aydır federasiyaya prezident təyin olunub. Bu müddətdə idmançıların şəraitinin, nəticələrin yaxşılaşdırılması üçün əlimizdən gələni etmişik. Lisenziya qazanmış ölkələrin çoxu Bakıya 2-ci, 3-cü dərəcəli idmançılarını gətirmişdi. Bizimkilər də Kazandan yorğun gəldiklərindən belə bir fikrimiz vardı. Həmin ağır yarış 17 gün öncə bitib. Bir qızıl, bir gümüş medalımız oldu. Komanda şəklində 3-cü olduq. Həmin idmançılar istirahət etmədən ikinci yarışda mübarizəyə çıxdılar. Hər çəkidə 4 iştirakçımız olsa da, 1-ci nömrə ilə digərləri arasında böyük fərq var.
- Əcnəbilər "Böyük dəbilqə"nin təşkilatçılığını yüksək dəyərləndirdilər. Siz bu haqda nə deyə bilərsiz?
- Bütün ölkələr bizim yarışa heyran qaldı. Bu da təşkilatçılıqla bağlı idi. Bakıdakı "Böyük Dəbilqə" turniri Kazandakı Avropa çempionatını kölgədə qoydu. Düzdür, təşkilatçılıqda hər şey etmək olar. Əsas odur ki, nəticə olsun. Əsas məqsədimiz olimpiadada uğurlu çıxışdır. Düzdür, "Böyük Dəbilqə" lisenziya xalı verirdi. Ancaq buna cüdoçularımızın ehtiyacı yox idi. Çünki 6 idmançımız hələ əvvəldən vəsiqə qazanıb. 81 kq-da təmsilçimiz qalib gəlsəydi belə, olimpiadaya düşmək ehtimalı yox idi.
- May ayı Bakıda mötəbər turnirlərlə zəngin aydır. Bu təşkilatçılıq digər turnirlərə meydan oxumağınız kimi çıxmadı ki?
- Yox,bizim işimiz budur. Biz icraçıyıq. Mən idman mütəxəssisiyəm. Dövlət məmuru deyiləm ki, kiminləsə bəhsə girim. Mənə göstəriş verilmişdi ki, yarışı yüksək səviyyədə keçirək. Sağ olsun "Neftçi" İSM-nin əməkdaşları. Hamımız əl-ələ verdik və dedik ki, nəyə görə də bunu yüksək səviyyədə etməyək? "Neftçi" İSM öndə gedən idman klublarımızdandır və onun mütəxəssisləri yığışdı. "Böyük Dəbilqə"nin yüksək səviyyədə keçirilməsində hər birinin əməyi var. Bunu yalnız bir ailə olaraq etmək olardı. Düzdür, ilk gündə texniki qusurlar oldu. Bu da səsləndirmə ilə bağlı idi. Belə şeylər olur. Tez bir zamanda onu aradan qaldırdıq. Kiməsə nəsə mesaj vermək fikrimiz olmayıb. Sadəcə, dedik ki, təşkilatçılığın öhdəsindən gələcəyik. Azərbaycanı cüdoda dünya çempionatını keçirə biləsi dövlətlər siyahısına daxil etdilər. Bu da bizim yüksək göstəricidir.
- Dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı təşəbbüs var?
- Biz də səy göstəririk ki, dünya çempionatını keçirmək hüququna yiyələnək. Cənab prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu, danılmazdır. Dövlət başçısının diqqət, qayğısı biz idman rəhbərlərini məsuliyyətə cəlb edir ki, yarışı möhtəşəm keçirməliyik. Avropa Oyunlarından sonra Azərbaycanda hər hansı yarışı elə-belə keçirmək mümkün deyil. Üstəlik, Olimpiya lisenziyalı turniri. Biz də "Böyük Dəbilqə"ni Avropa Oyunlarına bənzətməyə çalışdıq. Həmin səviyyədə olmasa da, ona oxşadı. İstəyirik ki, 2018 və 2019-cu ildə cüdo üzrə dünya çempionatını bizim keçriməyimizə imkan yaradsınlar. Söhbət zalın tərtibatından getmir. Elə görünməyən nüanslar var ki, hər şeyi xırdalığına kimi nəzərə almışdıq.
- Yığmanın baş məşqçisi Peter Zayzenbaherin işini necə qiymətləndirirsiniz?
- Baş məşqçimiz heç vaxt ortada görünmür. Digər yarışlarda da görüşləri tribunada izləyir. Məsləhətlərini həmişə məşq zalında verir. Hər məşqçinin öz proqramı var. Biz 3-4 aya heç nə tələb edə bilmərik. Ancaq gənc istedadlarımız var. Azərbaycanda 10 minə yaxın yeniyetmə və gənc cüdo ilə məşğul olur. Doğrudan da bu rəqəm bizi titrətdi. Bu, futbol deyil, cüdodur. Deməli, potensialımız var. Sadəcə, baş məşqçinin tələb etdiyi ehtiyatı hazırda verə bilmirik. Bizim vaxtımız da yoxdur ki, heyəti dəyişək. Necə deyərlər, qatar getmişdi. Ona görə məcburuq Olimpiadanı bu heyətlə yola verək. Bundan sonra cüdonun inkişafı ilə bağlı proqramda hər bir şey nəzərə alınmalıdır ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında problemlərimiz təkrarlanmasın. Bunun üçün işə sıfırdan başlamalıyıq. Hazırda Azərbaycanda cüdonun fundamenti möhkəm deyil, laxlayır, tökülmək üzrədir.
- Baş məşqçimizin Gürcüstanda böyük xidmətləri olub. Onun vaxtında 2 Olimpiya çempionu olub. Gürcüstan son yarışlarda özünü güclü rəqib kimi göstərdi. Biz nə vaxt cüdoda Gürcüstan səviyəsində uğur qazanacağıq?
- Peter Zayzenbaher böyük mütəxəssisdir, 2 dəfə Olimpiya çempionu olub. Buna görə belə mütəxəssisi dəvət etmişik. London olimpiadasında Gürcüstandan adi bir uşaq Olimpiya çempionu oldu. Halbuki, həmin uşaq itib-batmışdı, onun üzərində işlədi. Ağır yarışlarımız gedir, zədəlilərimiz var. Buna baxmayaraq, iş gedir. İlk növbədə infrastrukturu düzəldəcəyik. Ancaq yerimizdə oturmayacağıq ki, bundan sonra nəticə olacaq. Baş məşqçimizin federasiya rəhbərliyi qarşısında öhdəçiliyi var və hələ ki onu yerinə yetirir, işi qənaətbəxşdir. İşinə qiymət vermək üçün olimpiadanı gözləməyə məcburuq. Ondan sonra bütün bu məsələlərə aydınlıq gələcək. Yeni struktur, yeni plan qurmalıyıq. Gürcüstanın hər bir bölgəsində super inkişaf gedib, çox gözəl infrastruktur var. Buna şahid olmuşuq. Azərbaycanda bunu qurub yaratmaq lazımdır. Bizdə vəziyyət qənaətbəxş deyil. Hər şey maliyyənin üstündə deyil ki, idmançıya pul verdin, düzələcək. Gərək şərait yaradasan, idmançıya şans verəsən, sonra nəticə istəyəsən. Bizdə də bölgələrdə şərait yoxdur. Naxçıvan cüdoçularından soruşuram, deyirlər ki, biz 10 ildir bilmirik cüdo nədir, yarış nədir, proqram nədir. Onları dəvət edəcəyik. Zaqatala-Balakən, Quba-Qusar kimi ekoloji cəhətdən sağlam bölgələrimiz var. Bizə fiziki cəhətdən güclü idmançılar lazımdır. Rayonlarda da infrastruktur yoxdur. Hamı Bakıya qaçır, orda da hamını qəbul etmək olmur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























