17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Velosipedçimiz Çində 3-cü oldu

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın ən ağır dağ mərhələlərindən biri kimi xarakterizə olunan 190 km-lik 7-ci gündə komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb - o finişi mərhələ qalibi, İtaliyanın "Lampre-Merida" Dünya Turu komandasının üzvü İlya Koşevoydan 55 saniyə sonra keçməklə 3-cü yeri tutub. Bu isə velosipedçimizə ümumi təsnifatda 9-cu yeri qorumağa imkan yaradıb - hazırda Matey Müqerli liderə 3 dəqiqə, 36 saniyə uduzur.

7 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 6-cı pillədəki mövqeyində qalır. Sabah iştirakçılar 126 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30