16 Fevral 2026, Bazar ertəsi
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”
Yuri Vernidubdan qələbə şərhi

Digər idman növləri

Ukraynalı nazir: “Avropa Oyunları böyük idman bayramıdır”

Ukraynanın gənclər və idman naziri İqor Jdanov Bakıda keçirilən birinci Avropa Oyunlarının gedişinə münasibət bildirib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, nazir iyunun 24-də keçirdiyi brifinqdə Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu deyib. O, ukraynalı idmançıların çıxışını yüksək qiymətləndirərək deyib: “Mənim Ukrayna idmançılarının Avropa Oyunlarında qırx medal qazanacaqlarına dair proqnozum reallığa çevrilir. Hazırda otuzdan çox medal qazanmışıq”.

İ.Jdanov Avropa Oyunlarının təşkilindən və gedişindən məmnunluqla danışıb: “Bu, sözsüz ki, böyük idman bayramıdır. Avropa Oyunlarının təşkilatçıları böyük iş görüblər. Atletlərin rahatlığı çox yaxşı şərait yaradılıb, idman arenaları əladır və dünya standartlarına uyğun tikilib. Ümumiyyətlə, hər şey yüksək səviyyədədir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28