16 Fevral 2026, Bazar ertəsi
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”
Yuri Vernidubdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”i İtaliyanın “Sky Sport” kanalı ilə rekord sayda tamaşaçı izləyir

"Bakı-2015”in yarışlarını İtaliyanın “Sky Sport” idman kanalı ilə bu ölkənin idmansevərləri canlı izləyirlər. İtaliyanın “Corriere dello sport” idman saytında yerləşdirilmiş məlumatda bildirilir ki, “Bakı-2015” başladığı gündən indiyədək rekord sayda - təxminən 2 milyon tamaşaçı yarışları “Sky Sport” vasitəsilə izləyir. Bu kanalda mütəmadi olaraq həm canlı yarışlar, həm də “Bakı-2015” ilə bağlı müxtəlif idman proqramları nümayiş etdirilir. Bugünədək “Sky Sport” Oyunları 250 saat canlı yayımlayıb. Hər bir idman növü üzrə ixtisaslaşmış 33 idman şərhçisi yarışlar boyu tamaşaçıları məlumatlandırır. Ümumilikdə “Bakı-2015”in açılış mərasimindən - iyunun 12-dən bugünüdək kanalın izlənməsində 20 faiz artım müşahidə olunub. Bu da bütün Avropa ölkələrində, o cümlədən İtaliyada “Bakı-2015” ilk Avropa Oyunlarının maraqla izlənildiyini göstərir.

Mənbə: azertag.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28