Digər idman növləri
“Azərbaycanın təcrübəsi və iqtisadi gücü Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verib”
Misir Ərəb Respublikasının nüfuzlu “Əl-Əhram” qəzetində “Azərbaycan mədəniyyətlərarası birliyi və dünya enerji təhlükəsizliyini həyata keçirməyə səy göstərir” sərlövhəli məqalə dərc olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, qəzetin baş redaktor müavini Məhəmməd Osmanın müəllifi olduğu məqalədə Azərbaycanın İslam dünyası ilə Avropa arasında körpü rolunu oynadığı diqqətə çatdırılır.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, Bakının qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi məkan olduğunu bildirərək yazıb: “Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox dövlətindən müxtəlif dinlərə və irqlərə mənsub nümayəndə heyətləri iştiak edir. Bu Forumda mədəniyyətlərarası dialoqla bağlı görülən işlər, həmçinin qlobal əhəmiyyətli məsələlər müzakirə olunur”.
M. Osman vurğulayıb ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsində mühüm rol oynamaqla yanaşı, iqtisadi imkanlarından istifadə edərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm paya sahibdir. Qeyd edilib ki, Azərbaycan Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların fəal üzvüdür.
Forumun əhəmiyyətindən danışan M. Osman müasir dünyada qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda mədəniyyətlərarası dialoqun qorunması ilə bağlı məsələlərin tanınmış şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları tərəfindən müzakirə edildiyini bildirib.
“Forum çərçivəsində ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun keçirilməsində rolu, habelə təhsilin, incəsənətin, turizmin və mədəniyyətlərin yaxınlaşması ilə bağlı plenar ssessiyalarda geniş müzakirələr aparıldı”, - deyə müəllif vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Osman yazır: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparsa da 20 ildən çoxdur ki, sülh danışıqlarında heç bir nəticə əldə olunmayıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Lakin həmin vaxt Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz qalıb. Nəticədə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarından qovulub”.
Yazıda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən də bəhs edilir. Müəllif zəngin təbii sərvətlərə malik olan Azərbaycanın Xəzər dənizinin açıq dənizə çıxışı olmadığı halda neft və qazını boru kəməri vasitəsilə Qara dənizə və Aralıq dənizə, oradan da dünyanın müxtəlif ölkələrinə nəql olunduğunu qeyd edərək deyir: “Azərbaycan Avropanın enerji xəritəsini dəyişən ilk ölkədir”.
M. Osman Azərbaycanın iyunun 12-də Bakıda start veriləcək ilk Avropa Oyunlarına tam hazır olduğunu yazır. Onun sözlərinə görə, Azərbaycan belə möhtəşəm Oyunlara ev sahibliyi etməklə, adını tarixə yazacaq.
“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi birinci Avropa Oyunlarına hazırlıq işlərini yekunlaşdırıb. Bu möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı bir neçə gün sonra avropalı qonaqları qəbul edəcək. Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona bu böyük idman tədbirinə ev sahibliyi etmək imkanı verir”, - deyə müəllif bildirir.
M. Osman Azərbaycanın 2016-cı ildə sivilizasiyalararası dialoqun növbəti forumuna da ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























