4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Digər idman növləri

“Synergy Baku" Çində daha bir yarışda çıxış edəcək

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçiriləcək daha bir çoxgünlük yarışda mübarizə aparacaq. Futbolxeber.az-ın məlumatına görə, velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunacaq "Tour of Taihu Lake" yürüşündə çıxış edəcəklər. Noyabrın 1-də start götürəcək 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Yürüşdə iştirak edəcək heyətə gəlincə, Çində 2 gün öncə başa çatan Haynan Turunda mübarizə aparmış 7 velosipedçidən yalnız biri "Tour of Taihu Lake" yarışında iştirak etməyəcək - bu, Kristof Şvayzerdir.

"Synergy Baku"nun "Tour of Taihu Lake" yürüşü üçün heyəti: Maksim Averin, Elçin Əsədov, Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Ənvər Asanov və İsmayıl İlyasov.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31