Minifutbol
Taleh Nəsibov: “Komanda olaraq bu işi yüksək səviyyədə bacardıq”
Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan millisi ev sahibliyi etdiyi dünya çempionatının qalibi oldu. Bu uğuru necə şərh edərdiniz?
- Bu cür turnirin keçirilməsi üçün hazırlıqlar çox stresli və çətin idi. Ondan da ağır olan isə keçirdiyimiz oyunlar idi. Hər bir çətinliklərdən sonra asanlıq gəlir. Biz bu çətinliyi keçdik. Mənim üçün bütün oyunlar final qədər həyəcanlı, çətin və stresli idi. Hər bir oyunu keçdikcə, rahatlıq tapırdıq, amma 1 günlük. Eyni zamanda, təşkilatçılığa nəzarət etmək var idi. Buna həm azarkeşlər, həm dövlətimiz, həm gələn xarici qonaqlar qiymət verəcəklər. Hər bir futbolun gözəlliyi onun azarkeşindədir. Belə möhtəşəm azarkeşin olduğu futbolda həm istək, həm sevgi, həm də inkişaf var. Təəssüratlarım gözəl, möhtəşəmdir. Biz bir dəfə Avropa çempionu olmuşduq. Çox arzulayırdıq ki, dünya çempionu olaq, hər iki titulumuz olsun. Şükürlər olsun Allaha, buna nail olduq.
- Son dünya çempionu Rumıniyanı 1/8 finalda məğlub etdikdən sonra düşündüz ki, artıq çempion olacağıq?
- Çempion olacağıq deməzdim, amma çempionluğa bərabər oyun idi. Qırılma nöqtəsi idi. O rəqibi adlayandan sonra artıq müəyyən hiss var idi ki, finala qədər gəlib çıxacağıq. Serbiya millisi çox hündür, cüssəli oyunçulardan ibarət komanda idi. Onlar yarımfinalda uduzaraq 3-cü yer uğrunda oynamalı oldular. Bir tərəfdən sanki o da işimizi bir az da asanlaşdırdı. Son Avropa çempionu idilər, çox klass oyunçuları var. Çox maraqlı komanda idi. Macarıstan - Serbiya oyunua “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla birgə baxırdıq. İkimiz də deyirdik ki, xeyirlisi hansı komandadırsa, o da nəsib olsun. Penaltilərə gedəndə belə, bunu dedik. Macarıstanla qarşılaşdıq və onları məğlub edib çempion olduq.
- Millimiz həm Avropa, həm də dünya çempionu oldu. “Birbaşa Bakı” da Çempionlar Liqasını qazanıb. Bundan sonra minifutboldakı hədəflərimiz nədir?
- Hədəflər çoxdur. Birinci növbədə hədəf odur ki, bu idman növünü bundan sonra da ölkədə daha da yaxşı inkişaf etdirək, daha da yüksək səviyyəli oyunçular yetişdirək. Həm də, daim üzərimizdə işləyərək, titullarımızı qoruyub-saxlayaq. Ən azından hər dəfə böyük turnirlərdə medalçılar sırasında yer almağa çalışmalıyıq. Bayrağımızı yüksəltməli, ölkəmizi tanıtdırmalıyıq. Federasiyamız üçün bundan da gözəl nə ola bilər? Düşünürəm ki, hər bir federasiya, idman rəhbəri üçün böyük fəxrdir ki, öz xalqı qarşısında kuboku başı üzərinə qaldırsın.
- Planda, fikrinizdə gələcəkdə Çempionlar Liqasını da Bakıda keçirmək var?
- Hələ bir nəfəs alaq (gülür). Tədbirləri keçirmək asan deyil. Düşünürəm ki, bu il üçün bəsdir. Heç olmasa bir il gözləyək, istirahət edək. Sentyabr-oktyabr ayından bu tədbirin üzərində işləyirik. Qarşımıza rəhbərliyimiz tərəfindən qoyulan tapşırıq bu cür idi: dünya çempionatı möhtəşəm, səviyyəli, Azərbaycanın adına layiq keçirilməlidir. Orxan müəllim rəhbər olaraq, daim bütün işləri də nəzarətdə saxlayırdı. Daim bizdən hesabat alırdı. Düşünürəm ki, bir komanda, bir ailə olaraq bu işi yüksək səviyyədə bacardıq. Bunu siz qiymətləndirin. Çempionluq bir kənara, oyunlar zamanı ab-havanı gördünüz. Tamam fərqli idi.
- Minifutbol arenasının inşası məsələsi bir ara gündəmdə idi. Dünya çempionluğu bu işi daha da tezləşdirə bilər?
- Hər şey maddiyyata bağlıdır. Bu çempionatın keçirilməsi ilə bağlı böyük xərclərimiz olub. Əlbəttə, hamımız çox istəyirik. Başda da federasiya prezidentimiz Orxan Məmmədov olmaqla. Çox istəyirik ki, möhtəşəm stadion inşa etdirək. Sıradan stadion tikə bilərik. Bu gün başa düşdük ki, 3-4 minlik stadion azdır. 7500 tutumu olan arenada oynadıq, bütün günləri də dolurdu arena. Yenə də maliyyəyə bağlı məsələdir. İstəyərdim ki, heç olmasa 10 minlik stadion olsun ki, belə tədbirlər keçirəndə, kiməsə deməyək ki, bilet bitdi. İnanın final oyununa bilet üçün telefonum dayanmırdı. Satışı açdıq, bir saata biletlər bitdi. Gecə bir hissəsi qalmışdı, satış açdıq, 15 dəqiqəyə bitdi. Bir hissəsi də 1 saata bitmişdi. Azarkeşlər möhtəşəm idi. İnsanların oyunlarımız gəlmək istəyi adamı qürurlandırır.
- Milli Gimnastika Arenasında quraşdırılan ot örtüyünü hansı stadiona köçürüləcək?
- Ağ şəhər bulvarında tikdiymiz meydança var, artıq bitmək üzrədir. Dünya çempionatı üçün olan ot örtüyünü də ora sərəcəyik.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:10
DÇ: Millimiz Mozambikə qarşı
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
29.10.2026
28.10.2026
27.10.2026
























