Minifutbol
İlham Əliyev minifutbol üzrə Azərbaycan milli komandasının üzvlərini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Futbolxeber.az saytının məlumatına görə, dövlətn başçısı görüşdə çıxış edib:
Prezident İlham Əliyevin çıxışı
- Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.
Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər.
Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Sağ olun.
x x x
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib:
-Möhtərəm cənab Prezident, mən şəxsən bütün federasiya adından, futbolçular adından, məşqçi heyəti adından Sizə öz dərin təşəkkürümü bildirirəm ki, bu gün bizi qəbul edirsiniz. Doğrudan da bu gün bizim üçün həm şərəfli, həm də uğurlu bir gündür. Biz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu, hər bir futbolçu üçün çox önəmli bir haldır. Sizə deyə bilərəm ki, bütün oyunlar zamanı bütün azarkeşlər bizi dəstəkləyirdi. Xalqımız televizorun önündə bizi dəstəkləyirdi. Əlbəttə ki, futbolçular da çox böyük zəhmət çəkdilər və hər bir oyunda bir ailə kimi ruhlarını, canlarını qoydular. Doğrudan da azarkeşlər onları irəli səsləyirdi.
Möhtərəm cənab Prezident, əlbəttə ki, Sizin idmana, gəncliyə, ümumiyyətlə bütün futbolsevərlərə, minifutbolsevərlərə verdiyiniz dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu hər bir futbolçu bilir və Sizə dərin təşəkkürümüzü bildiririk.
Həmçinin Sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar futbolun bu növünə yatırımlar edirlər. Bizim çox güclü çempionatımız var. Sponsorlar oraya dəstək göstərir. Əlbəttə ki, biz bu çempionatdan ən güclüləri yığaraq bu gün milli komanda yaratmışıq. Onlar həm Avropa çempionu, həm də dünya çempionu oldular. Son dəfə Siz bizi qəbul edərkən Sizə söz verdik ki, çalışacağıq yeni titullar, yeni uğurlar qazanaq. Bizim üçün çox şərəflidir ki, bu dünya kubokunu Sizin önünüzə gətiririk.
Sizə çox dərin təşəkkürümü bildirirəm, bu qələbəni biz xalqımıza, Vətənimizə, Sizə və hörmətli Mehriban xanıma həsr edirik. Çox sağ olun, Sizə çox təşəkkür edirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Milli komandanın baş məşqçisi Elşad Quliyev: Hörmətli Prezidentimiz, öz adımdan, komandanın adından təşəkkür edirəm ki, bizi dəvət etmisiniz. Biz 2022-ci ildə də Avropa çempionu olanda Siz bizimlə səmimi söhbət etdiniz və tapşırıqlarınızı verdiniz. O gündən sonra da biz çalışırdıq ki, yeni nailiyyətlər əldə edək. İnşallah, qismət oldu, dünən dünya çempionu olduq. Bunun üçün Sizə çoxlu təşəkkür edirik və xalqımıza, federasiyamıza, “Çox sağ ol!” deyirik. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda deyib:
- Möhtərəm cənab Prezident, Azərbaycanı belə möhtəşəm təmsil edən bütün bu şəxslərlə birlikdə burada olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin qarşınızda onları bu böyük uğur münasibətilə bir daha təbrik etmək və bu turniri Azərbaycana gətirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Bu, zənnimcə, mənim Bakıya 8-ci səfərimdir. İlk dəfə 2017-ci ildə burada olmuşam, Azərbaycan Minifutbol Federasiyasından olan bu insanlarla görüşmüşəm. Deməliyəm ki, onlar həqiqətən də böyük iş gördülər. Onlar Avropa çempionluğunu, dünya çempionluğunu qazandılar. Mən Sizə növbəti çempionatlarda uğurlar arzulayıram. Bilirəm ki, Sizin qrafikiniz çox məşğuldur. Sizi bu gün başlayan “Bakı Enerji Həftəsi”ndə gördüm. Bizimlə və bütün bu şəxslərlə görüşmək imkanına görə təşəkkür edirəm. Ümidvaram ki, bu uğur sayəsində Azərbaycanda yeni nəsil minifutbolçular meydana çıxacaq. Çünki şübhəsiz ki, bu nailiyyətiniz Azərbaycanda minifutbolun inkişafına, xalqa və bütün cəmiyyətə müsbət töhfə verir.
Bildiyimə görə, Azərbaycan Minifutbol Federasiyası ölkədə minifutbol arenasına sahib olmaq üçün böyük səylər göstərir. Ümidvaram ki, Dünya Minifutbol Federasiyası və yerli hökumətlə birlikdə bu, uğurlu bir layihə olacaq. Çünki, şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqətən də layiqdirlər. Onların burada cənab Prezidentin qarşısında olmaqları ilə fəxr edirəm.
Dəvətə görə təşəkkür edirəm, sizin hamınıza uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram. Federasiya adından Azərbaycanda minifutbolun inkişafına verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizim üçün həqiqətən də qiymətlidir və biz Azərbaycanın beynəlxalq idman institutları ilə əməkdaşlığını yüksək qiymətləndiririk.
Əminəm ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək.
Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır.
Bir daha sizi təbrik edirəm.
X X X
Sonda Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti açıqlama yayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Millimiz Gürcüstana məğlub oldu
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Kölgədə qalmaq
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
- Etirazın cəzası məlum oldu - 15 min manat
- PSJ "Liverpul"u məğlub etdi
- “Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib
- Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”
- “Neftçi”nin hədəfi qarşıdakı 4 oyunun 4-də də qalib gəlməkdir”
-
16:00
Emil Balayev: “Neftçi” azarkeşləri həqiqətən də tribuna cədvəlinin liderləridirlər”
-
15:44
PSJ qələbəni əldən verdi VİDEO
-
15:21
"Şalke" Bundesliqaya qayıtdı
-
15:09
"Barselona" sonda sevindi VİDEO
-
14:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
14:35
"Napoli"dən xal itkisi VİDEO
-
14:18
Millimizin müdafiəçisi darmadağına sevindi
-
14:00
"Atalanta" öz meydanında büdrədi VİDEO
-
13:47
Zamiqin komandasından ardıcıl dördüncü məğlubiyyət
-
13:22
"Bayer Leverkuzen"dən 4 qollu qələbə VİDEO
-
13:06
Renat xilaskar ola bilmədi
-
12:54
"Bavariya" 100-cü dəqiqədə məğlubiyyətdən qaçdı VİDEO
-
12:31
Mahirsiz “Kayzerslautern”dən növbəti məğlubiyyət
-
12:19
"Arsenal" ilk hissədə istəyinə çatdı VİDEO
-
11:43
Polşa kubokunun qalibi müəyyənləşdi
-
11:25
"Ayaks" - PSV matçında 4 qol VİDEO
-
11:08
Vüsal İsgəndərli üçün 79 dəqiqə
-
10:54
"Trabzonspor" azlıqda məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
-
10:17
Taliskanın het-triki VİDEO
-
10:00
Patrik Andrade: “Problem zəif oyunumuzdadır”
-
09:46
"Qalatasaray" Samsunda böyük hesabla uduzdu VİDEO
-
21:29
"Sumqayıt"dan hakimlərə etiraz
-
21:13
Andrey Demçenko: “İstəksiz futbol oynamırlar”
-
20:57
Yevlaxda 2 penalti, 3 qol VİDEO
-
20:30
“Kəpəz” və "İmişli" qalib gəldi
-
19:49
Azər Bağırovdan qələbə şərhi
-
19:21
Veliçko Kaplanoviç: “Hər dəfə "Sumqayıt"a qarşı belə halların niyə baş verməsini başa düşmürəm”
-
18:56
“Qarabağ” Beynəlxalq Xalça Festivalı 2026-da FOTOLENT VİDEO
-
18:14
3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
-
17:42
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
-
17:35
Sumqayıtda heyətlər müəyyənləşdi
-
16:58
"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev “bürünc” qazandı
-
16:23
"Sumqayıt" itki ilə üzlıəşdi
-
15:00
“Kəpəz” - “Sumqayıt”: Heyətlər açıqlandı
-
13:19
Bakı bulvarında yelkən yarışına start verilib
-
12:41
Arda Güler ayın ən yaxşısı seçildi
-
12:06
Günün canlı yayımlanacaq oyunları- TV AFİŞA
-
11:52
"Lids" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:27
İmad Faraj: "Neftçi" 1:5 hesabı ilə uduza bilməz”
-
10:34
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərin arasında növbəti minifutbol turniri təşkil olunub
-
10:03
61 ildən sonra ölkə kubokunu qazandılar
-
09:48
"Beşiktaş"dan səfər qələbəsi VİDEO
-
20:06
Falaye Sako: “Belə olan halda "Neftçi" Avropada çıxış edə bilər”
-
19:24
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
-
18:57
"Böyük Dəbilqə": Cüdoçularımız ilk gündə medalsız qaldılar
-
18:13
Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
-
17:49
Avarçəkmə və kanoe üzrə "Prezident Kuboku"nun qalibləri mükafatlandırılıblar
-
17:32
Bakı-Xankəndi velosiped yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur VİDEO
-
17:00
II Liqada hakim təyinatları
03.05.2026
02.05.2026
01.05.2026























