12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Minifutbol

Faiq Ağayev: “Millimizin dünya çempionu olması qürurvericidir”

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində çıxış edən Xalq artisti Faiq Ağayev təəssüratlarını bölüşüb.

Futbolxeber.az saytına eksklüziv açıqlamasında o, millimizin çempionluğuna əvvəldən inandığını söyləyib:

“Azərbaycan dəfələrlə beynəlxalq idman, mədəniyyət tədbirlərinə ev sahibliyi edib. Ona görə də biz bu cür yarışların yüksək səviyyədə keçməsinə öyrəncəliyik. Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı da istisna təşkil etmədi. Təşkilatçılıqda rolu olan, tribunada yer alan azarkeşlərimizə təbrik düşür. Eləcə də milli komandamıza. Əmin idim ki, çempion olacağıq. Turnir boyu nəticələrdən xəbərdar tuturdum. Dünya çempionu olmaq qürurvericidir”.

Xalq artisti böyük futbolda bəzi klublarımızın oyunlarını izlədiyini qeyd edib:

“Desəm ki, qatı futbol azarkeşiyəm, yalan olar. “Qarabağ”ın, “Neftçi”nin oyunlarını arada izləyirəm. Daha əvvəl himnini yazdığım “Xəzər Lənkəran” oynayanda azarkeşlik etmişəm. Lakin vətəndaş kimi, mütəxəssis deyiləm”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31