Minifutbol
Mitu “Zirə”ni ittiham etdi: “Bu, Azərbaycan millisinin də ziyanınadır”
Minifutbol üzrə “Birbaşa Bakı” klubunun baş məşqçisi Dan Mitunun Futbolxeber.az saytına müsahibəsi
- Yarımfinalın ikinci oyununda “Galaxy”ni 3:0 hesabı ilə məğlub edərək Azərbaycan çempionatının finalına yüksəldiniz. Demək olar ki, cavab matçı komandanız üçün asan keçdi?
- Belə deməzdim. Çünki ilk hissədən sonra qapılara qol vurulmamışdı. Rəqib çox aqressiv oynayırdı, uzun toplardan istifadə edirdilər. Meydanda gərgin mübarizə gedirdi. İkinci hissədə üstünlüyü ələ aldıq və lazımi qolları vurduq.
- “Birbaşa Bakı” finala nə dərəcədə hazırdır?
- Hələ vaxta var. Finala qədər məşqlərimizi davam etdirəcəyik. Düşünürəm ki, martın 11-də 100 faiz hazır olacağıq.
- Ötən il Avropanın ən yaxşı müdafiəçisi seçilmiş Vüsal İsayev zədəli olduğu üçün yarımfinalda komandanıza kömək edə bilmədi. Finalda onu meydanda görə biləcəyik?
- İndidən dəqiq fikir bildirmək çətindir. Lakin ümid edirəm ki, finala qədər zədəsini bərpa edəcək. Vüsal bizim üçün vacib oyunçudur. Yarımfinalın cavab matçından öncə Təmkin də məşqdə zədə aldı.
- Finalda “Zirə” ilə qarşılaşacaqsınız. Gözləntiləriniz nədir?
- “Zirə”ni tanıyırıq. Onlara qarşı çox oynamışıq. Hazırda heyətlərini Qazaxıstan millisinin 3 üzvü ilə gücləndiriblər. Həmin oyunçular kifayət qədər güclüdürlər. Lakin hazırlaşacağıq. Finalda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Mövsümün ilk yarısında “Zirə”ni məğlub etmişdiniz. Razısınız ki, ötən illə müqayisədə hazırda “Birbaşa Bakı” daha güclü təsir bağışlayır, “Zirə” isə zəifləyib?
- Deməzdim ki, zəifləyiblər. Mövsümün ilk hissəsində onları məğlub etsək də, “Zirə” hər zaman təhlükəli rəqibdir. Təcrübələri var. Məşqçiləri çox güclüdür.
- Final öncəsi şansları necə dəyərləndirirsiniz?
- 50-nin 50-yə.
- Yəni heç bir komandanın digəri üzərində azacıq da olsa üstünlüyü yoxdur?
- Bəlkə də şanslar 51-in 49-a rəqibin xeyrinədir. Çünki dediyim kimi, heyətlərini Qazaxıstan millisinin 3 üzvü ilə gücləndiriblər.
- Ola bilərmi ki, siz də final öncəsi heyətə Rumıniyadan oyunçular dəvət edəsiniz?
- Xeyr, mən bunu bəyənmirəm. Düşünürəm ki, Azərbaycan minifutbolu üçün bu, yaxşı hal deyil. Burda çempion olmaq üçün Qazaxıstan millisinin üzvlərini heyətə cəlb etməyi düzgün saymıram. Oyunçular il boyu məşq edirlər, mübarizə aparırlar, indi isə yarımfinal və finalda digərləri gəlib onların əvəzinə oynayır. Çempionlar Liqası öncəsi bu addımı normal sayıram. Çünki orada sən digər ölkələrin klublarına qarşı mübarizə aparırsan. Azərbaycan çempionatı üçün isə bunu düzgün saymıram. Bu, millinin də ziyanınadır. Axı Qazaxıstan dünya çempionatında Azərbaycan yığmasının əsas rəqiblərindən biridir.
- Deməli, “Zirə”nin bu addımının dünya çempionatı öncəsi Azərbaycan millisinin əleyhinə olduğunu düşünürsünüz?
- Bəli. Mən belə düşünürəm. Belə çıxır ki, bizim oyunçular kifayət deyil.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
- “Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:42
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
27.09.2026
26.09.2026
25.09.2026
























