9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Minifutbol

Çempionlar Liqası: "Aznur" qələbə ilə başladı, "Birbaşa Bakı"dan heç-heçə

Minifutbol üzrə Çempionlar Liqasına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Polşada keçirilən turnirdə ölkəmizi təmsil edən son çempion “Birbaşa Bakı” və gümüş medalçı “Aznur” bu gün turnirdə ilk oyunlarını keçiriblər.

Əvvəlcə “Aznur” meydana çıxıb. Komanda Fransa təmsilçisi “Les Piopio” ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə üstələyən "Aznur" turnirə qələbə ilə start verib.

Çempion “Birbaşa Bakı” isə İspaniyanın “Malaqa” klubunu sınağa çəkib. Matçın gedişində 2 top fərqi ilə öndə olmasına baxmayaraq, çempionumuz yekunda 1 xalla kifayətlənib.

Çempionlar Liqası

I tur

5 sentyabr

“Aznur” (Azərbaycan) - “Les Piopio” (Fransa) - 2:1

Qollar: B.Quliyev, 2 (1:0), R.Eyvazov, 12 (2:0), M.Vinsent, 17 (2:1)

"Birbaşa Bakı” (Azərbaycan) - “Malaqa” (İspaniya) - 2:2

Qollar: C.Cəfərov, 12 (1:0), E.Əlizadə, 13 (2:0), P.Agüero, 20 (2:1), O.Fernandes, 30 (2:2)

Sabah isə təmsilçilərimiz qrupdakı digər iki oyunlarını keçirəcəklər. “Aznur” 12:00-da “Galport” (Polşa), 19:00-da isə “Andezit”lə (Ukrayna) qarşılaşacaq.

“Birbaşa Bakı” əvvəlcə 14:00-da “Nottingem Livorno” (İtaliya), 21:00-da isə “BKMK Brno” (Çexiya) ilə üz-üzə gələcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31