Minifutbol
İlkin Qəribli: “Birbaşa Bakı"nın məqsədi qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanmaqdır”
Ardıcıl üçüncü dəfə minifutbol üzrə Azərbaycan çempionatını qalibi olan “Birbaşa Bakı”nın təsisçisi İlkin Qəriblinin müsahibəsi
“Bizi biz edən səbəblər olmadan çempionluqlar qeyri-mümkündür”
- “Birbaşa Bakı” ardıcıl üçüncü dəfə Azərbaycan çempionu oldu. Demək olar ki, “Zirə”nin turnirlə erkən vidalaşması komandanızın budəfəki çempionluğunu nisbətən asanlaşdırdı?
- Təbii ki, ardıcıl üçüncü dəfə ölkə çempionu olmaq çox xoşdur. Finalda biz ən yaxşı oyunumuzu göstərmədik. Bunun da müəyyən səbəbləri var. Lakin istənilən halda həlledici qarşılaşmanı qələbə ilə başa vurduq. Bu da sevindiricidir. Çempionat ildən ilə daha da çətinləşir, səviyyə yüksəlir. Buna görə biz də güclənməli, daha da inkişaf etməliyik. Hər dəfə nələrisə dəyişməli, yeni variantlar düşünməliyik. Çünki yerimizdə saysaq, rəqiblə bizə çata bilər.
O ki qaldı “Zirə”yə, onların problemlərini müzakirə etmək istəməzdim. Amma etiraf edim ki, finalda məhz “Zirə” ilə qarşılaşmaq istərdim. “Aznur”a gəldikdə, həqiqətən də rəqibimiz çox yaxşı komandadır. Finala da layiq idilər. Komandanın baş məşqçisi Rəcəb Fərəczadənin gördüyü iş də dərhal görünür. Həqiqətən də çox yaxşı işlər görür, orada Rəcəb bəyin əməyi də böyükdür. Pley-off mərhələsində çox yaxşı performans nümayiş etdirdilər. Bu mənada, finala layiq komanda idi. Bir şeyi də qeyd etmək istəyirəm, əslində, “Aznur” finala çıxaraq, hamıya göstərdi ki, bu liqada hər bir komanda finala da çıxa bilər, çempion da ola bilər. Yəni hər zaman yalnız “Birbaşa Bakı” - “Zirə” finalı olmayacaq. “Aznur”un finala çıxması, məncə, bütün komandalara da böyük motivasiyadır ki, onlar da finala çıxa bilər, onlar da kuboku qazana bilər. Fikrimcə, çempionatda bütün komandaların şansı var ki, qalib gəlsinlər. Hamıda artıq böyük motivasiya olacaq.
- Müntəzəm çempionatda “Zirə”yə 1:4 hesabı ilə uduzmuşdunuz. Həmin məğlubiyyətdən sonra bu mövsüm çempion ola bilməyəcəyiniz fikri yaranmamışdı, narahatçılıq yox idi? Çünki bu, “Zirə”nin “Birbaşa Bakı” üzərində ilk qələbəsi idi.
- Xeyr. Çünki həmin vaxt biz 100 faiz hazır deyildik. Komanda fiziki cəhətdən yalnız 60-65 faiz hazır idi. Milli komandamız dünya çempionatından qayıtmışdı. Mundialdan sonra “Zirə” dərhal məşqlərə başlamışdı, biz isə çox gec. Bu, mənim qərarım idi. 8 oyunçumuz millidən qayıtmışdı və mən onlara istirahət üçün daha çox vaxt verdim ki, mundialın yarımfinalındakı məğlubiyyətdən sonra özlərinə gəlsinlər. Amma gələn il belə etməyəcəyik.
- Böyük futbolda “Qarabağ”, minifutbolda isə “Birbaşa Bakı”. Bu fikirlər razısınız?
- Deməzdim. Heç kim bizə asanlıqla hər dəfə çempion olmaq imkanı verməyəcək. Biz cəmi 3 il ardıcıl çempion olmuşuq və bunların heç biri asanlıqla başa gəlməyib. Bu mövsüm ilk dəfə idi ki, finaldan öncə biz favorit sayılırdıq. “Zirə” ilə əvvəlki 2 finalda bütün dünya rəqibi favorit qismində görürdü. Əlbəttə, ardıcıl çempionluqlar qazana bilsək, əla olar. Amma bu, çox çətindir. Dayanmadan çalışmaq, baş məşqçimizin tapşırıqları, eləcə də digər faktorlar, bizi biz edən səbəblər olmadan çempionluqlar qeyri-mümkündür.
- “Birbaşa Bakı” ölkə daxilindəki uğurlu çıxışını Çempionlar Liqasında (ÇL) nə zaman təkrarlayacaq?
- Ötən il ÇL-lə erkən vidalaşdıq. Həmin məğlubiyyətdən sonra mən uşaqlara dedim ki, qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanacağıq. Bu, bizim məqsədimizdir. Ölkə çempionatında mövsümün əvvəlindən uşaqlara deyirdim ki, final oynamalıyıq. Həlledici qarşılaşmada nə olar, olar. Amma əsas məqsəd finala yüksəlmək idi ki, Çempionlar Liqasına yollanaq. Kuboku Azərbaycana gətirmək istəyirik. Hazırda titul Monteneqro klubundadır. Düşünürəm ki, biz bunu bacara biləcək gücdəyik.
- “Birbaşa Bakı”da bütün işlər peşəkar səviyyədə qurulub. Sizi, bu komandanı böyük futbolda da görə biləcəyik?
- Mənim futbolda ambisiyalarım var. Dostlarla bu haqda düşünürük. Amma bu gün üçün yox. Bəlkə də 10 ildən sonra ola bilər. Klubun adı necə olacaq bilmirəm, amma bununla bağlı gələcək planlarımız var.
- Bu yaxınlarda siz həm də milli komandamızın idman direktoru təyin olundunuz. Bu vəzifə adətən klublarda olur. Ona görə maraqlıdır, sizin millidəki işiniz nədən ibarətdir?
- Millidəki vəzifəmə daha çox futboldan kənar məsələlər daxildir. Əsasən təşkilatçılığı qeyd edə bilərəm. Meydandan kənarda bütün məsələlər mənə aiddir. Əlimdən gələni edirəm ki, hər şey vaxtında, düzgün olsun. Taktiki məsələlərə qarışmıram. Amma əlbəttə, baş məşqçi istədiyi vaxt ona dəstək ola bilərəm. Çünki artıq uzun illərdir bu sahədəyəm.
“Bu, bütün qitəyə siqnaldır ki, Azərbaycan Avropa çempionatına titulunu qorumaq üçün gəlir”
- Millidəki ilk sınağınız uğurlu alındı, Monteneqrodakı beynəlxalq turnirdə yığmamız qalib oldu. Eyni uğuru Avropa çempionatında da təkrarlamaq mümkün olacaq?
- Yoldaşlıq turniri olsa da, qalib gəlmək, xüsusən də finalda dünya çempionlarını məğlub etmək çox xoşdur. Bu, yaxşı nəticədir. Həm də bütün qitəyə siqnaldır ki, Azərbaycan Avropa çempionatına titulunu qorumaq üçün gəlir.
- Millimizin Avropa çempionatındakı qrupunu necə dəyərləndirirsiniz?
- Qrupda Fransa, İtaliya və Avstriyaya qarşı oynayacağıq. Desəm ki, favorit deyilik, yalan olar. Qrupdan birinci yerlə çıxmalıyıq.
- Millimizdən başqa, hansı komandaları Avropa çempionatının favoriti qismində görürsünüz?
- Birmənalı şəkildə Rumıniyanı qeyd edərdim. Çexiya və Macarıstan güclü hesab olunur. Fikrimcə, Slovakiya mini sürpriz edə bilər. Təbii ki, Qazaxıstanı da unutmamalıyıq. Onlar da qitə çempionatına çox güclü komanda ilə qatılacaqlar.
- Qeyd etdiniz ki, “Birbaşa Bakı”da məqsədiniz qarşıdakı 5 ildə 2 dəfə Çempionlar Liqasının qazanmaqdır. Bəs millimiz nə vaxt dünya çempionu ola bilər?
- Bu, bir qədər çətindir, amma mümkündür. Əgər bütün turnirləri qazana biləcək gücdə olduğumuzu düşünməsəydim, milliyə gəlməzdim. Millimizin çox yaxşı heyəti var. Biz texniki cəhətdən də, fiziki cəhətdən də oynaya bilərik. Mənə görə Azərbaycan millisi ən sürətli komandadır.
- Böyük futboldan komandaya cəlb etdiyiniz Təmkin Xəlilzadə çempionatın ən yaxşı oyunçusu seçildi. Demək olar ki, bu seçim özünü tam doğrultdu?
- Təmkin texniki cəhətdən yaxşıdır. Amma ilk ayyarımda ona çətin idi. Çünki minifutbol böyük futboldan fərqlənir. Burda düşünmək üçün demək olar ki, vaxt olmur. İdeyanı anlamaq, tam adaptasiya olmaq üçün Təmkinə vaxt lazım oldu. Əgər hansısa futbolçu minifutbolun ideyasına uyğunlaşmayacaqsa, heç gəlməsin.
- Yeni mövsüm üçün böyük futboldan kimisə “Birbaşa Bakı”ya cəlb etməyi düşünürsünüz?
- Hələ ki yox. Əslində, güclənmək barədə həmişə düşünürük, axtarışlarımız davam edir. Amma kimisə heç vaxt komandaya elə-belə, say doldurmaq üçün götürmürük. Etdiyimiz transferlər yalnız komandanı gücləndirmək üçün olur.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Səbail”də yeni sponsor?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Millimiz Gürcüstana məğlub oldu
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Kölgədə qalmaq
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- Etirazın cəzası məlum oldu - 15 min manat
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
- “Neftçi” üçün vacib oyunöncəsi şad xəbər
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- “Karvan-Yevlax”dan vacib qələbə
- PSJ "Liverpul"u məğlub etdi
-
19:23
“Neftçi”nin Dünya Seriyası üçün heyəti müəyyənləşib
-
18:41
Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirə yekun vurulub
-
18:16
"Səbail"dən vacib qələbə, liderlə xal fərqi azaldı
-
17:53
Bakıda məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub
-
17:00
Azərbaycan millisində yeni kapitan
-
16:38
Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib
-
16:21
Əliyar Ağayev Əvəzedicilər Liqasına göndərildi
-
15:47
AFFA-dan Riaf Rəfiyev və Saşa İliçə cəza
-
14:52
Avropa Kubokunda 26 cüdoçumuz yarışacaq
-
14:14
"Baku Open" Beynəlxalq Şahmat Festivalının son turu start götürüb
-
13:39
“Arsenal” 55 illik rekordunu təkrarladı
-
13:05
Boris Xetaqurovun "50 il futbolda" kitabı təqdim edilib
-
12:28
Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
-
11:43
“Sumqayıt” - “Araz-Naxçıvan” oyunun biletləri satışda
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
Astanada "Böyük Dəbilqə"də 11 cüdoçumuz yarışacaq
-
10:37
Azərbaycan kanoeçisi Dünya Kubokunda mübarizə aparacaq
-
10:00
"Arsenal" ÇL-in finalında VİDEO
-
20:14
“Sumqayıt” akademiyasının üzvləri “Azərikimya” İB-də ekskursiyada olublar FOTOLENT
-
19:42
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:07
Füzuli Məmmədov: “Şans varsa, sona qədər mübarizə aparacağıq”
-
18:53
Minifutbol millimiz “Millətlər Liqası”nın qalibi oldu FOTOLENT
-
18:30
Yuri Vernidub: “Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir”
-
18:15
"Şahdağ Qusar" "Mingəçevir"i məğlub etdi
-
17:48
“Neftçi” yenidən ilk dördlükdə
-
17:31
"Atletik"in yeni baş məşqçisi bilindi
-
16:56
Rafael Fiziyev Bakıda Manuel Torreslə üz-üzə gələcək
-
16:42
“Şamaxı”: Mövsümdə 3-cü, tarixdə 10-cu
-
16:28
Bakı idman gimnastikası üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək
-
16:09
Gənc cüdoçularımız İstanbulda beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər
-
15:33
Nurlana Cəfərova Dünya Kubokunda finala yüksəlib
-
15:14
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər açıqlandı
-
15:00
Azərbaycan və Venesuela Gimnastika Federasiyaları arasında Memorandum imzalanıb
-
14:45
Cüdo Federasiyası məşqçi sertifikatlaşdırma kursları təşkil edəcək
-
14:27
Taekvondoçularımız Gürcüstanda üç medal qazanıblar
-
13:51
Babək Quliyev UEFA-nın seminarına dəvət alıb
-
13:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
-
13:02
Leandro 60-a çatdı
-
12:38
Ayxan Hüseynov: “Berdıyevin təcrübəsi avrokuboklarda bizə çox kömək olacaq”
-
11:49
Azərbaycan kuboku: Finalın biletləri satışda
-
11:23
“Roma” “Fiorentina”nı darmadağın etdi VİDEO
-
11:05
Premyer Liqamızda mövsümün rekordu təkrarlandı
-
10:54
"Latsio"dan əzmkar qələbə VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
"Mançester Siti" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:00
Leandro Andrade: “Bu, karyeramda cərimə zərbəsindən vurduğum ilk qol idi”
-
09:46
"Çelsi" yenə uduzdu VİDEO
-
23:45
“Səbail”də yeni sponsor?
-
23:36
"Qarabağ"dan vacib qələbə VİDEO
-
22:17
Qurban Qurbanov: “Bu qələbə çox vacibdir”
06.05.2026
05.05.2026
04.05.2026























