9 Aprel 2026, Cümə axşamı
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Minifutbol

Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər

Türkiyəli atletlər Cansu Bektaş və Qamze Altun Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın onları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatındakı qələbələri münasibəti ilə təbrik etməsinə münasibət bildiriblər.

Futbolxeber.az saytının məlumatına görə, İTV-yə açıqlama verən Avropa çempionu Cansu Bektaş və gümüş medal sahibi Qamze Altun Azərbaycan dövlət başçısına və xanımına təşəkkürlərini çatdırıblar:

“Buradan bizə təşəkkürünü çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik. Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış – bayrağın yandırılması səbəbindən azərbaycanlı qardaşlarımıza ərmağan etdik. Sizləri çox sevirik və hər zaman yanınızdayıq”.

Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30