Minifutbol
Mətbuat Şurasında “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimatı keçirilib
Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti məhrum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə öncə Vətən uğrunda canından keçmiş şəhidlərin, şəhid media təmsilçilərinin, dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bir il öncə E.Əşrəfoğlunun vəfatı onu tanıyan hər kəsi sarsıtdı, üzüntüyə və kədərə qərq etdi. Buna görə təqdimatı keçirilən kitab həm təsəllidir, həm də jurnalistin ruhuna etiramdır.
R.Məcid həmçinin vurğulayıb ki, idman jurnalistikasının simasına çevrilmiş E.Əşrəfoğlu ümumilikdə ötən əsrin 90-cı illərində yetişmiş jurnalist nəslinin parlaq istedadı, bacarığı və təşəbbüskarlığı ilə seçilən nümayəndələrindəndir. O, bənzərsiz peşə duyumu, professional keyfiyyətləri ilə tanınmışdısa, incə yumor tərzi, qayğıkeşliyi, dostcanlılığı ilə də hörmət qazanmışdı.
“Əmək fəaliyyətinə 1992-ci ildə “525-ci qəzet”də başlamış Elnur idman jurnalistikasına yeni ruh gətirmişdi. Buna görə müasir dövr idman jurnalistikasının simvollarındandır. Onun xatirəsinə ehtiram əlaməti kimi ərsəyə gəlmiş kitab bu baxımdan da müstəsna əhəmiyyət daşımaqdadır”, - deyən R.Məcid E.Əşrəfoğlu ilə bağlı xatirələrini yada salıb.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, tanınmış telejurnalist Telli Pənahqızı, tanınmış naşir və şoumen, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə, ATV telekanalının İdman informasiya proqramının rəhbəri Sənan Şəfizadə, “Space”nin əməkdaşı İman Orucov, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının hazırlanmasında əməyi keçən filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı mərhum jurnalisti peşəkar televiziyaçı, dost, yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş vətənpərvər, əsl ziyalı, mərd və bütöv xarakterə malik insan, gözəl ailə başçısı kimi xarakterizə edərək xatirə dolu fikirlərini bölüşüblər.
Tədbirdə Elnur Əşrəfoğlunun adının əbədiləşdirilməsi məqsədilə idman jurnalistləri üçün nəzərdə tutulacaq mükafatın təsis edilməsinə dair təklif yekdilliklə bəyənilib, mövcud istiqamətdə işlərin aparılmasının, prosesə Mətbuat Şurasının da dəstək verməsinin zəruriliyi vurğulanıb. Belə bir qədirbilənliyin nəinki idman mediasının, ümumilkdə jurnalistikanın stimullaşdırılmasına əməli töhfə, E.Əşrəfoğlunun həyat yoluna dəyər nümunəsi kimi gənc nəslə örnək ola biləcəyi diqqətə çatdırılıb.
Toplantıda çıxış edən E.Əşrəfoğlunun atası Əşrəf Şükürov, həyat yoldaşı İlahə Şükürova mərhumun xatirəsinə dəyər verdikləri üçün tədbir iştirakçılarına, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsində əməyi keçən şəxslərə təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, Elnur Əşrəf oğlu Şükürov 19 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. BDU-nun Beynəlxalq əlaqələr və beynəlxalq jurnalistika fakültəsini bitirib. 1992-1993-cü illərdə “525-ci qəzet”də müxbir işləyib. 1993-cü ildən 2010-cu ilədək Azərbaycan Televiziyasında müxbirlikdən baş redaktorluğa qədər fəaliyyət yolu keçib. 1997-ci ildə İdman Jurnalistləri Asssosiasiyasının ilk üzvlərindən olub. Yay və qış olimpiya oyunlarında Azərbaycandan təyin olunmuş jurnalist kimi iştirak edib.
Milli Olimpiya Komitəsinin üzvü kimi də fəaliyyət göstərmiş E.Əşrəfoğlu 2010-cu ildə “Neftçi” İdman Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub. 2011-2012-ci illərdə “Space TV”də İdman departamentinin rəhbəri olub. 2015-ci ildən həyatını Azərbaycan Cüdo Federasiyası ilə bağlayıb. Burada əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2018-ci ildən başlayaraq isə qurumun baş katibinin müavini vəzifələrində çalışıb. E.Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da COVİD 19-a yoluxaraq dünyasını dəyişib.
Onu da bildiririk ki, “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının redaktoru və ön söz müəllifi professor Qulu Məhərrəmli, tərtibçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı və Neftçi İdman Klubunun həkimi İlahə Şükürovadır.
Kitabda E.Əşrəfoğlun həmkarları, dostları, doğmaları və əzizləri olmaqla ümumilkdə 30-dan çox şəxsin onun barədə qeydləri, tanınmış jurnalistin həyatının müxtəlif illərinə aid fotolar yer alıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026























