Minifutbol
Rusiyalı xanımdan ŞOK açıqlama: "Çox azərbaycanlı futbolçu ilə yataqda olmuşam"
İrina Qut - bu ad sıravi oxuculara tanış olmaya bilər. Amma futbol ictimaiyyətimizin xeyli üzvü tanıyır onu. Xüsusən də gənc nəsil. Dostları onu qısaca olaraq İra deyə çağırırlar. Yaşını dəqiq bilmirəm, heç özü də söyləmir. Amma bildiyim odur ki, İranın Azərbaycan futbolunda xeyli pərəstişkarı olar. Necə də olmasın? Gəzməyi, istirahəti, ən əsası da futbolu sevən rusiyalı gözəlçə və Azərbaycan kişiləri. İra ilə bir neçə dəfə stadionda qarşılaşmışıq. Uzun təkidindən sonra ondan müsahibə üçün razılıq ala bildim.
- Səni Azərbaycan futbolunun azarkeşi hesab etmək olar?
- Mənim Azərbaycan futbolunda xeyli sayda dostum var. Hər dəfə də Bakıda olarkən, onların dəvəti ilə stadiona gedirəm. Sizin futbolda da tez-tez maraqlı qarşılaşmalar olur.
- Bəs, futbolumuza səndə bu maraq hardandı?
- Mən təkcə futbolu yox, bütünlükdə idmanı çox sevirəm. Özüm də keçmiş idmançıyam.
- Hansı idman növü ilə məşğul olmusan?
- Bədii gümnastika ilə. Mənim də sevimli əşyam top idi.
- Bakıdakı stadionlarda çox olmusan?
- Hə, çox olmuşam. Xüsusən də Respublika və "Şəfa" stadionlarında. Amma ötən yay demək olar ki, bütün stadionlarda təmir işləri gedirdi.
- Bakıda canlı olaraq stadiondan baxdığın ilk oyun yadındadır?
- Hə, mərkəzi arenada "Neftçi" "Muğan"la oynayırdı.
- Bəs, nəticə necə oldu?
- "Neftçi" 1:0 hesabı ilə qalib gəldi.
- Həmin oyuna səni kim dəvət etmişdi?
- Əlbəttə ki, dostlarım.
- Dəvət edən şəxs futbol adamı, yoxsa sıravi azarkeş idi?
- Belə deyək də, futbolçu dostlarım və fotoqraf.
- Hansı futbolçularla dostluq edirsən?
- Oy, oy. Olar ki ad çəkməyim? Çünki əksər futbolçular artıq komandalarını dəyişiblər.
- Amma ad açıqlamasan, müsahibənin ləzzəti qaçar. Həm də mənə konkret adlar maraqlıdır, həmin şəxslərin hansı klubda oynaması yox.
- Anlayıram. Amma sənin sualın məni çətinə salır. Ümumiyyətlə, Azərbaycan futbolundakı bütün tanışlarımın adını çəkməliyəm?
- Kimlərlə yaxın dostsan, onların adlarını açıqla.
- Cavid Hüseynov, Eşqin Quliyev, Ruslan Abışov. Yenə də lazımdı?
- Əgər varsa, de.
- Olmağına var. Amma mən çoxunun adını bilirəm, soyadını yox.
- Sən adlarını de, mən soyadlarını deyərəm.
- Sonra İlham var.
- İlham? Hansı komandada oynayır?
- "Neftçi"nin gənclərində oynayırdı.
- Hə, Allahverdiyev. Sonra.
- Röyal Nəcəfov, Qara Qarayev, Ruslan Qurbanov. Bilirsiz, dostlarımın sayı çoxdu. Amma bu qədər ad yəqin ki yetər.
- Yaxşı, bəs bu futbolçulardan hansı ilə yaxın münasibətin var?
- İndi, yoxsa 2 il əvvəl?
- İndi.
- İndi elə bir yaxınlıq etdiyim şəxs yoxdur.
- Bəs, 2 il əvvəl?
- Həmin adamın adını çəkə bilmərəm. Çünki indi o subay deyil.
- Heç olmasa, komandasını de.
- Mən "Neftçi"ni sevirəm.
- Deməli, "Neftçi"də oynayırdı?
- İndi dəqiq bilmirəm. Son vaxtlar işlərim çoxalıb deyə, futbolunuza çox vaxt ayıra bilmirəm.
- Onunla aranızda hansı münasibət var idi?
- Dost münasibəti.
- Ancaq dostluq edirdiz? Nəsə inandırıcı gəlmir...
- İndi yaxın münasibətdə olduğum heç bir azərbaycanlı futbolçu yoxdur.
- Əvvəl kimlərlə yaxın münasibətin var idi?
- Cavab verə bilmərəm. Bu, şəxsi məsələlərdi. Elə də yaxın münasibətim olmayıb.
- Heç inanmıram. Hansısa futbolçu ilə yaxın münasibətin ola, amma intim olmasın...
- Sizin saytınız erotik saytdı?
- Məgər, sən erotikaya qarşısan?
- Yox, erotik saytdırsa, de bilim (gülür). İndi hər şeyi açıq-aşkar danışsam, sayt partlayar.
- Saytın partlaması üçün isə gərək sən açıq danışıb, sualları səmimi cavablandırasan.
- Amma sən də məni başa düş. Mən axı Bakıya yenə gələcəyəm. İstəmirəm ki, arxamca fotoqraflar gəzsin. Amma danışılası məqamlar həqiqətən də çoxdu. Yəqin özün də bilirsən ki, idmançılar yaxşıca dincəlməyi çox sevirlər.
- Kiminlə birgə dincəlmisən?
- Türkiyədə, Bakıda birgə dincəlmişik. O da qorxa-qorxa. İndi görərlər, bu saat görərlər.
- Türkiyədə kiminlə dincəlmisən ki?
- Orada bəzi dostlar var idi. Təlim-məşq prosesindən sonra dincəlirdilər, birgə istirahət etdik. Gecə klublarına gedirdik, əylənirdik.
- Yenə də ad açıqlamırsan...
- Mən indi bir insanla birgəyəm və o çox qısqancdı. Onu əsəbləşdirmək istəmirəm.
- O sənin müsahibəndən hardan xəbər tutacaq ki?
- Nə bilirsən, bəlkə o da Bakıdandır?
- Nə desən, olar.
- Hə, sevgilim Bakıdandı. Futbolçu deyil. Amma idmançıdı., döyüşçü.
- Bakıya gələrkən biletivi kim alırdı?
- Müxtəlif cür olurdu. Bəzən özüm birtərəfli alırdım. Qayıdanda isə onlar alırdı. Ev də problem deyildi. Həmin adamın yaxşı imkanı, kafesi və digər obyektləri var. İndi mənə sənə sual verim.
- Buyur.
- Mənim haqda informasiyaları hardan əldə etmisən?
- Ordan-burdan eşitmişəm.
- Deyəsən, sizdə boşboğazların sayı çoxdur.
- Boşboğaz deyəndə ki, olan şeyləri deyiblər də. Sənin haqqında həqiqətən də informasiyam çoxdur. Ən yaxın münasibət də olduğun futbolçuların adlarıını da bilirəm. Bilirəm ki, dəfələrlə sənin biletivi alıblar, sənin üçün Xalqlar dostluğunda, Nərimanovda ev kiraləyiblər...
- Bilirsənsə məndən niyə soruşursan?
- Çünki mənim yazmağım düzgün çıxmaz. Əlimdə fakt yoxdur. Ona görə gözləyirəm ki, özün ad çəkəsən.
- Bəlkə də nə vaxtsa konkret ad çəkə bilərəm. Amma indi yox. Həm də ad açıqlamağım mənə nə qazandıracaq ki?
- Prinsipcə heç nə. Amma çoxları səni tanıyacaq.
- Onsuz da Bakıda demək olar ki, hamı məni tanıyır. Mən də çox adamı tanıyıram. Hətta klub rəhbərləri arasında da tanışlarım var.
- Kimlərdi?
- Yenə başlama (gülür). Ad çəkmək istəmirəm. Amma onu deyim ki, dostlarımla tez-tez mübahisə edirəm. Çünki onlar çox danışırlar və fərəhlənməyi xoşlayırlar. Bəzən isə birinin üstünə beşini qoyub danışırlar. Eləsi var ki, aramızda yaxın münasibət olmasa da, yalandan deyir ki olub.
- Onda özün de, kimlərlə yataqda olmusan?
- İdmançılardan?
- Futbolçulardan.
- Çox olub. Mən cazibədar qadınam və daim ətrafdakıların diqqətini cəlb edirəm. Belə olan halda da bəzən dostluq münasibəti romantikaya keçir. Bu qədər. Xahiş edirəm, məndən ad soruşma. Onsuz da cavab verməyəcəyəm.
Elman MƏHƏRRƏMOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
- Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
23:07
Yuri Vernidubdan qələbə şərhi
-
22:56
“Turan Tovuz”dan haqlı etiraz: Qol VAR idimi? VİDEO
-
22:40
“Turan Tovuz” xal itirdi, “Neftçi”dən böyük hesablı qələbə
-
22:28
"Turan Tovuz" - "Şamaxı" matçında heç-heçə VİDEO
-
21:12
Berdiyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
-
20:55
Azər Bağırov: “Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir”
-
20:09
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:42
"Real" sonda sevindi VİDEO
-
10:29
Yeniyetmə cüdoçularımız dünya çempionatını 2 medalla başa vurublar
-
10:13
"Tottenhem"dən böyük hesablı məğlubiyyət VİDEO
-
09:51
Rüfətin komandası mövsümə məğlubiyyətlə başladı
-
09:30
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi VİDEO
-
23:52
Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”
-
23:40
"Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:19
Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib
-
18:33
Azərbaycan kanoeçisi Polşada dünya çempionatında iştirak edəcək
-
14:00
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
-
13:24
"LANDAU Lions"da yeni müqavilə
-
12:47
Gürcüstan millisinin üzvü "Sevilya"da
-
11:15
“Arsenal”dan mövsümə uğurlu start VİDEO
-
10:56
Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”
-
10:31
"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
Toral oynadı, “Bursaspor” uduzdu
-
09:29
Ronaldo yeni mövsümdə qol hesabını açdı
-
09:13
Cəlal Hüseynovun komandası məğlub oldu
-
00:34
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
-
19:18
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
18:30
“Qaradağ Lökbatan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
17:55
II turun hakim təyinatları açıqlandı
-
17:27
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
-
17:02
“Yuventus” onunla müqaviləyə xitam verdi
-
16:46
Millidə yeni baş məşqçi
-
16:18
Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək
-
15:39
"Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
-
14:54
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
-
14:23
“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”
-
14:01
Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzadıb
-
13:48
Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
-
13:30
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
-
13:15
Boksçumuz Avropa çempionatının finalında
-
12:57
Azərbaycan klublarından rekord
23.08.2026
22.08.2026
21.08.2026
























