23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Minifutbol

Azərbaycanlı “Beşiktaş”lılardan alqışlanası aksiya: 289 uşağın üzündə "Təbəssüm yarat"dılar

Azərbaycanlı “Beşiktaş” azarkeşlərinin qurduğu "Təbəssüm yarat" könüllü qrupu Astara rayonunun Şümrüd kəndinə yardım kampaniyası təşkil edib.

Kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan 289 şagirdə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilib.

Ölkənin dörd bir tərəfindən gələn 17 min manat məbləğin ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-yə yaxın könüllü səfərbər olub.

"Təbəssüm yarat" kampaniyasının məqsədi “Beşiktaş” fəlsəfəsi ilə böyüyən insanların öz vətəninə və vətəndaşlarına mərhəməti, paylaşmağı, təhsil almağın əhəmiyyətini aşılamaq, futbolun təkcə idmandan və 22 nəfərdən ibarət olmadığını göstərmək, minlərlə insanın gücünü birləşdirməklə yüzlərlə şagirdi təhsilə cəlb etmək və həvəsləndirməyin mümkünlüyünü isbatlamaqdır.

3 il ərzində Azərbaycanın 4 müxtəlif ucqar rayonunda (Daşkəsən, Ağdam, Ağcabədi, Astara) 5 məktəbdə təhsil alan şagirdləri sevindirən “Beşiktaş”lılar qısa müddət ərzində növbəti səfərlərinə yollanacaqlar. Kampaniyaya dəstək olmaq üçün "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31