Minifutbol
Şəmsəddin rusları necə şoka saldı?
Fuad Abbasovu şəxsən tanımıram. Amma Rusiya telekanallarında Azərbaycanın mövqeyini müdafiə edən bəlkə də yeganə soydaşımız idi. Ləhcəsi vardı, təmiz danışa bilmirdi rusca. Amma o qədər də qabarıq ləhcə deyildi.
Ermənilərin Rusiya televiziyasında hər gün efirə çıxıb Ermənistanın mövqeyini müdafiə edən saysız ekspertləri var. Üstəlik, Vladimir Pozner, Vasili Utkin kimi tanınmış simaları da müxtəlif yollarla öz tərəflərinə çəkirlər. Halbuki Utkinə rəhmətlik Anar Məmmədxanov Azərbaycanı sevdirmişdi və o uzun illər bizə görə ermənilərlə mübahisə aparırdı.
Təəssüf ki, Moskvadakı diasporumuzun yarıtmaz fəaliyyəti, şəxsi mənafelərindən başqa heç nəyi düşünməmələri Azərbaycanı sevən adamları da bizdən uzaq salır. Yenilənmə, yeni fikirlər, ideyalar, simalar lazımdı! Həmin ermənilərdən qat-qat səviyyəli, məntiqli, dünyagörüşlü həmyerlilərimiz var. Amma çoxusu Bakıdadı. Rusların gözəl bir deyimi var: “varitsya v sobstvennom soku”. Biləcəridən o tərəfə çıxmamaqla öz balaca dünyamızda fırlanırıq. Kənarda olan Fuad Abbasov kimi nadir nüsxələr geri qayıdır, belələrini zurna-balaban, hay-huyla qarşılayıb özümüzü xoşbəxt hiss edirik. Fuadın bir daha Rusiya telekanallarında ermənilərin cavabını verməyəcəyini düşünəndə çox üzülürəm. Amma heç şübhəsiz, rusca Fuad Abbasovdan daha yaxşı danışan, siyasi savadı daha üstün olan kifayət qədər azərbaycanlı var. Azərbaycanda yetərincə çox rusdilli jurnalist var ki, onlar Moskvada fəaliyyət göstərsə, ölkəmizə daha çox fayda verər. Məsələn, Həmid Həmidov, Rəhman Hacı, Eynulla Fətullayev, Erkin İbrahimov... Rusdilli siyasətçilər, sabiq KVN-çilər və müxtəlif sahələrdən olan başqa dəyərli, savadlı insanlarımız ölkəmizə Rusiyada daha böyük fayda verər. Rusiya ilə “Ximki Arena”dakı yoldaşlıq oyunumuzu xatırlayıram. Həmişəki kimi böyük hesabla uduzduq. Amma bir epizod yadımdan çıxmaz. Oyunsonrası mətbuat konfransında Şəmsəddin Abbasov dahi Fabio Kapelloya elə sual verdi ki, bütün rusiyalı həmkarlarımız bu sualı doğrudan azərbaycanlının verdiyinə əmin olmaq üçün diqqəti Şəmsəddinə yönəltdilər. Şəmsəddinin natiqliyi, gözəl danışığı, təmiz, ləhcəsiz ruscası, səlis nitqi və çox maraqlı, ağıllı sualı ruslara mədəni şok yaşatdı, mən isə həmyerlimlə qürur duydum. Və yaxud Rüstəm Əfsərli... Düzdü, Rüstəm rusdilli deyil, amma rusca Nobel Arustamyamdan daha təmiz danışır. Futbolu da ondan az bilmir, ümumi dünyagörüşü və savadı da erməni həmkarından üstündü ki, aşağı deyil. Rüstəmi ilk dəfə efirdə görəndə sevmişdim. Adam sanki televizya üçün doğulub. Səsi, danışıq manerası, yetərincə maraqlı insan olması yaxşı şərhçi, televiziya siması üçün vacib şərtlərdi.
Rüstəmlə Şəmsəddin Azərbaycanda qalsalar, gələcəkdə ən yaxşı halda hansısa televiziya kanalının rəhbəri və ya başqa bir vəzifə sahibi olacaqlar. Maddi mənada bəlkə qazanacaqlar, amma Azərbaycan itirəcək… Azərbaycan Rusiyada ölkəmizin adını yüksəldəcək bu gənclərin potensialından lazımınca faydalana bilməyəcək. Cavanlıqda tez-tez Moskvadakı tələbələrimiz və mütərəqqi, gənc iş adamları ilə yığışıb dərdləşərdik. Hələ o vaxt erməni diasporunun Qarik Martirosyanı Moskvaya gətirdiyini və ona ev, maşın, pul, rahat yaşayıb-yaratmaq üçün hər cür şərait qurduqlarını deyirdilər. Nəticə özünü çox gözlətmədi. Rusiya telekanalları ermənilərlə doldu, artıq rusların beyninə o qədər erməni yumoru yeridilib ki, onlar bəlkə də dünyada ən duzlu-məzəli millətin ermənilər olduğunu düşünürlər. Televiziyanı açırsan, erməni yumoru, radionu açırsan, “erməni radiosu”, qəzetlədə, jurnallarda ermənilərin simaları. Bunun günahı isə özümüzdədi. Biz həmişə başqalarında günah axtarmağı sevirik. İndi də kimlərsə deyəcəklər ki, ruslar bizi sıxışdırır, ermənilərə qucaq açır. Vallah-billah, elə deyil. Rusların çoxu heç azərbaycanlıları ermənilərdən ayırmır, elə bilirlər eyni millətdi. Yəni rusların azərbaycanlı-erməni dərdi yoxdu. Bunu birdəfəlik beynimizdən çıxarıb atmalıyıq.
Problem ondadı ki, ermənilərin diasporu var, bizdə isə yoxdu. Elvin Kərimov, İradə Zeynalova və başqa iki-cüt bir tək soydaşımız isə Rusiya televiziyasına Azərbaycanın və ya azərbaycanlıların heç bir dəstəyi olmadan düşüb. “Parni iz Baku”nun məğlub etdiyi erməni KVN-çilər auditoriyası bütüm dünyanı əhatə edən Rusiya telekanallarının ulduzlarıdı. “Parni iz Baku”nun üzvlərini isə Timur Vaynşteyn və Elçin Əzizov istisna olmaqla yalnız azərbaycanlılar tanıyır. Çünki bizimkilər deputat olmağı, özünə biznes qurmağı, evdə rahat qazancı və vəzifəni daha üstün tutub. Həmişə futbolçularımızı qınayırıq ki, evdə rahat qazancı legioner karyerasından üstün tuturlar. Amma bütün sahələrdə eyni vəziyyətdi. Guya jurnalistikada vəziyyət fərqlidi ki?!
Anar ŞABANOĞLU
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
21.09.2026
20.09.2026
19.09.2026
























