Minifutbol
“Fanat.az mənim əkdiyim ağacdır, həyatda ən uğurlu layihəmdir”
Bu gün Azərbaycanın populyar idman saytlarından olan Fanat.az-ın 10 yaşı tamam olur. Bununla əlaqədar saytın baş redaktoru Əli Sahib Qol.az-ın suallarını cavablandırıb. Fanat.az-ı yubiley münasibəti ilə təbrik edən Futbolxeber.az saytı Əli Sahibin müsahinəsini təqdim edir:
- Əvvəlcə Fanat.az-ın 10 yaşının tam olması münasibəti ilə sizi təbrik edirik.
- Təşəkkür edirəm.
- Artıq 10 ildir ki, fəaliyyət göstərirsiniz. Bu illərdə Fanat.az-ın digər idman saytlarına nə kimi təsiri olub?
- Əvvəlcə onu deyim ki, Fanat.az Azərbaycanda ilk Azərbaycan dilli idman saytıdır. Saytımız yarananda fərqli mühit yaratdı, sərt tənqidin təməlini qoydu. Göstərdi ki, futbol funksionerlərini tənqid etmək olar. Eyni zamanda, idman saytlarının çoxluğuna Fanat.az-ın yaranmasından sonra start verildi.
- Saytı yaradanda nə kimi məqsədləriniz vardı və bu gün o məqsədlərə nə dərəcədə nail olmusunuz?
- Saytı yaradarkən çoxlu arzu və istəklərimiz vardı. Təbii ki, bunların hər birinə nail olmaq olmur. Amma böyük istəyimiz ən baxımlı sayt yaratmaq idi ki, bu istəyimizə də çatmışıq. Düzdür, elə zaman oldu ki, ən çox oxunan sayt olduq, elə oldu ki, zəiflədik. Bu da əslində normal haldır. Əsas odur ki, 10 ildir kənardan heç bir təsir olmadan saytı saxlamağı bacarmışıq.
- Dediniz ki, yarandığı zaman ən çox oxunan saytlardan biri idi. Bəs biz əvvəlki Fanat.az-ı yenidən nə vaxt görə biləcəyik?
- Hər şey futbolumuzun vəziyyətindən asılıdır. Hazırda futbolumuzda canlanma yoxdur. Əvvəllər “Xəzər Lənkəran”, “Bakı” var idi, “Neftçi”nin yaxşı vaxtları idi. Bir sözlə, futbola maraq çox idi. Buna görə də sayt çox oxunurdu. Məsələn, biz Lənkərana gedəndə taksi sürücüsündən tutmuş hər kəsin xəbər oxuduğunu görürdük. Buna digər idman jurnalistləri də şahid olurdu. İndi bunların heç biri yoxdur. Azarkeşləri futboldan küsdürüblər. “Xəzər Lənkəran” qayıtsa, “Neftçi” əvvəlki formasına düşsə, bu təkcə bizim deyil, digər saytların oxunmasına da müsbət təsir göstərər. Adi bir fakt deyim, Mübariz Mənsimov demişdi ki, “stadion mənimdir, istəsəm, heyvan buraxıb otararam”. O vaxt biz bu məsələylə bağlı çağırışlar etmişdik. “Xəzər Lənkəran” azarkeşini ayağa qaldırmaq gücündə idik və bunlar da müəyyən nəticələr verirdi. Çünki onda mətbuatı oxuyan vardı. İndi nə geniş oxucu auditoriyası var, nə də mətbuatı sayan. Ona görə də, əvvəlki Fanat.az-ın qayıtması üçün əvvəlki mühit olmalıdır.
- Klublar tənqidlərinizə nə dərəcədə dözümlüdür?
- Bəzən elə gedişlər olub ki, klub onu etmək istəyib. Amma Fanat.az bu barədə yazı verib və məsələnin qarşısı alınıb. Düzdür, sonradan açıqlama verəndə bunun həqiqətə uyğun olmadığını bildiriblər, amma fakt budur ki, hadisənin gedişi o yazıdan sonra dəyişib. Hakimlərin cəzalanmasında da mətbuatın rolu böyük olub. O vaxt hakimlərin əksəriyyəti yaşlı idi və gənclərə yol açılmırdı. Danışılan oyunlar, hakim rüşvətxorluğu vardı. Xaqani Məmmədov isə risk edib bir anın içində hakimliyi gəncləşdirə bilmirdi. Bax, həmin anda onu mətbuat dəstəkləyirdi. Və Fanat.az da bu mətbuat orqanlarından biri idi. İndi təəssüf ki, saytlar bu gücdə deyil.
- Bəs, bu tənqidlərinizə görə sizi hədələyən və yazının çıxarılmasını istəyən olub?
- Çox olub. Ad çəkəcəyəm. Məncə, inciməzlər. Məsələn, Mahmud Qurbanov zəng edib demişdi ki, gəlib səni maşınımın altına salaram. "Xəzər TV"də bir fikir səsləndirmişdim. Verlişə baxmadan, kiminsə sözü ilə mənə zəng edib bu cür danışmışdı. Sonra, Rövşən Əhmədov haqqında yazımda belə bir ifadə vardı: "90 dəqiqəni qusduran hakim". Zaqatalada "Neftçi"nin lehinə səhv aut vermişdi və o da qolla nəticələnmişdi. Həmin oyunda "Simurq"un haqqı yeyilmişdi. Onda R.Əhmədov yazının çıxarılması üçün zəng etmişdi. O dövrlə indiki dövrün tənqidlərində də nə qədər fərq var. İndi klub funksionerləri danışanda özlərini yuxarıdan aparırlar. Amma bir çoxu savadsızdır. Bu savadsızlığa görə də başa düşmürlər ki, sən o tənqidlə nə demək istəyirsən.
- Hansısa yazınıza görə peşmanlıq çəkmisiniz?
- Elə bir yazı olub ki, ondan sonra müəyyən şəxslərlə münasibətlərim korlanıb. Münasibət yenidən yaxşılaşanda fikirləşmişəm ki, kaş, baltanı kökündən vurmazdım. Amma belə çox böyük peşmanlıq çəkdiyim yazım olmayıb.
- Hazırkı şəraitdə 10 il idman saytını ayaqda saxlamağın hansı çətinlikləri var?
- Rayondakı torpağımı satdığım, başqa işimdən qazandığım pulu sayta yatırdığım anlar olub. Natiq Muxtarlı, Elçin Cəlilov, Kənan Məstəliyev, Nihad Ağasoy, Pərvin Kazımov kimi şəxslərin təmənnasız dəstəyini də görmüşəm. Dediyim kimi, biz 2-3 il reklam almamışıq. Buna görə də maddi cəhətdən çətinliklərimiz olub.
- Nə vaxtsa saytın fəaliyyətini dayandırmaq istəyiniz olub?
- Bu sayt mənim əkdiyim ağacdır, həyatda ən uğurlu layihəmdir. Heç kimin də ürəyi gəlməz ki, bar verən ağacını kəssin.
- Saytın maddi durumu nə vəziyyətdədir?
- Pis deyil, yaxşıdır. Ümumiyyətlə, pis də olsa, yaxşıdır, deyəcəm (gülür).
- 10 il əvvəl və indi. Azərbaycanda idman jurnalistikasında nə kimi fərqlər var?
- Fərq odur ki, əvvəl klublar mətbuatın qapısında yatırdı, indi mətbuat klubların qapısındadır. Hazırkı vəziyyət acınacaqlıdır. Saytların əksəriyyəti klublardan asılı qalıb. Çoxu dolanmaq üçün sayt açır. Belə deyək "çörək pulu saytları". Biz saytımızı yaradanda 2-3 il ərzində heç bir klubla əməkdaşlıq etmədən fəaliyyət göstərmişdik. Amma indi saytlar qapı-qapı gəzib klublardan reklam istəyir. Düzdür, Azərbaycanda sağlam reklam mühiti yoxdur. Sayt açmısansa, inkişafı üçün reklam götürməlisən. Amma heç olmasa 1 il işləyib o reklamı zəhmətinlə qazanmalısan. Saytı yaratmamışdan əvvəl gedib danışırlar ki, mənə reklam verərsinizmi? Məsələn, mən Fanat.az-ı yaradanda pul qazanmaq üçün yaratmamışdım. Ehtiyac da yox idi. Əsas məqsədim ölkədə yenilik etmək idi. Və buna da nail olmuşdum. Futboldan anlayışı olan da, olmayan da sayt açır. Mən neçə aylardır, nə mətbuat konfranslarına, nə də stadiona gedirəm. Özünə jurnalist deyən bəzi şəxslər savadsız suallar verib özünü qarşı tərəfə güldürməz. Məşqçiyə taktikadan elə suallar verirlər ki, əlaqəsi belə olmur. Futbolu siyasətə bağlayıb sual verirlər, görürsən ki, heç siyasətdən də bilgisi yoxdur. İdman jurnalistləri incisə belə, deməliyəm ki, bu sahə artıq ələnməlidir. Heç bir məlumatı olmayan şəxslər getməlidir. Çörək pulu üçün gələnlər gedib başqa sənət tapmalıdırlar. Klublarımız idman mətbuatına fərq qoymur.
- Qarşıda saytınızla bağlı nə kimi planlarınız var?
- Planlar çoxdur. Saytın mobil versiyasını, televiziya bölməsini yaratmaq, dil sayını çoxaltmaq kimi istəklərim var. Və bu planlar maddi durumdan asılı olan şeylərdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
-
12:00
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:29
Tələbələrin dünya çempionatında qalib olan ilk Azərbaycan atleti
-
11:12
"Sabah" braziliyalı hücumçu ilə gücləndi
-
10:53
Millimizin rəqibi Gürcüstana qalib gəlib
-
10:31
“Rakuv”un yeni baş məşqçisi müəyyənləşdi
-
10:08
AFFA-nın “yad balaları” və ya “Şəfa”lı dejavü...
-
09:45
Zubirin transferində gözlənilməz problem
-
09:24
“Kür-Araz" - "Şəki" matçında 3 qol VİDEO
-
18:17
Yeni klubu Koxalskini təqdim etdi
-
17:43
II Liqada 12 oyunun vaxtı açıqlandı
-
17:05
"Neftçi" kanadalı legionerlə müqavilə bağlayıb
-
16:29
“Karvan-Yevlax” koreyalı legioner transfer etdi
-
15:58
“Sumqayıt”dan azarkeşlərə jest
-
15:36
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
-
15:12
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
-
15:00
Mateuş Koxalski: "Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"
-
14:44
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat VİDEO
-
14:21
Koxalski “Qarabağ”dan rəsmən getdi
-
14:07
Bakı İqlim Həftəsi çərçivəsində "Neftçi"nin U-16 komandası üçün seminar keçirilib
-
13:53
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
-
13:35
Orxan Məmmədov Filipp Cuda ilə görüşündən yazdı
-
13:19
AFFA-dan 4 klubu cərimələdi
-
12:48
Azərbaycan velosipedçisi Almatıda 4-cü olub
-
12:26
Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
12:00
Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
11:32
Bülənt Qorxmaz istefaya göndərildi
-
11:14
"Səbail" fransız yarımmüdafiəçi transfer etdi
-
10:51
Yağışdan çıxıb yağmura düşən Şevel: “Hədəfim “Neftçi” ilə birlikdə böyük uğurlar qazanmaqdır”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Toral oynadı, "Bursaspor" qalib gəldi
-
09:45
“Latsio”dan əzmkar qələbə VİDEO
-
20:00
Akinyemi rəsmən “Neftçi”də
-
19:25
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
-
18:49
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:18
I Liqada hakim təyinatları açıqlandı
-
17:56
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
-
17:33
Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb
-
17:02
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
-
16:47
Qadın güləşçilərdən ibarət millimiz Qubada təlim-məşq toplanışına start verib
-
16:24
Azərbaycan Velosiped İdmanı Federasiyası məşqçilərin qarşısına yeni vəzifələr qoyub
-
16:11
Güləşçilərimiz "Xadartsev qardaşlarının kuboku"nda 8 medal qazanıblar
-
15:55
Ceyhun Nuriyev: “Ən azı heç-heçəyə layiq oyun göstərdik”
-
15:30
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb
-
15:08
Azərbaycanın sərbəst güləş millisi toplanışa başlayıb
-
14:46
Azərbaycan paraüzgüçüsü Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:29
İtaliya klubunda baş məşqçi istefası
-
14:13
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
-
13:57
“Sumqayıt”ın Yay Futbol Düşərgəsinə yekun vurulub FOTOLENT
-
13:32
Mövsümdə ilk, 60-cı qol, təkrarlanan rekord
09.09.2026
08.09.2026
07.09.2026
























