Minifutbol
Almaniya millisinin həkimi “Futbolxeber”ə danışdı: “Tibb universitetində idman fakültəsinin olması vacibdir”
Futbol üzrə Almaniya milli komandasının və Olimpiya yığmasının həkimi Klaus Eder 9-10 may tarixlərində Bakıda seminar keçirir. Regionda ilk dəfə təşkil olunan seminarda futbol klublarımızın və digər idman növləri üzrə federasiya nümayəndələri iştirak edir. Klaus Eder “İdman zədələrinin müalicəsinə və reabilitasiyasına müasir yanaşma” mövzüsünda mühazirə oxuyub.
Qeyd edək ki, dünyanın aparıcı idman həkimlərindən sayılan Klaus Eder 1988-ci ildən Regensburq şəhərində şəxsi reabilitasiya mərkəzinə başçılıq edir. Elə həmin ildə keçirilən futbol üzrə Avropa çempionatından əvvəl Almaniya milli komandasına fizioterapevt qismində cəlb olunan Eder bu günə qədər də fəaliyyətini davam etdirir. O, Almaniya millisi ilə 1990 və 2014-cü illərdə dünya, 1996-cı ildə isə Avropa çempionu adını qazanıb. O, həmçinin, 1984-cü ildən etibarən Almaniyanın Olimpiya yığmasında da fizioterapevt kimi fəaliyyət göstərir. Bundan əlavə, Eder "Devis Kuboku"nda çıxış edən tennis üzrə Almaniya millisinin də həkimidir.
Biz də fürsətdən istifadə edərək ünlü mütəxəssislə söhbətləşdik. Beləliklə, futbol üzrə Almaniya milli komandasının və Olimpiya yığmasının həkimi Klaus Ederin Futbolxeber.az saytına müsahibəsini təqdim edirik:
- Bakıda idman sahəsində çalışan həkimlər, fizioterapevtlər üçün seminar keçmək ideyası necə yarandı?
- Bakıya gəlişimdə Aydınla (Millimizin keçmiş tərcüməçisi, Berti Foqts və Robert Prosineçki ilə çalışmış Aydın Rüstəmov nəzərdə tutulur-red.) dostluğumuzun rolu oldu. Onunla neçə ildir dostuq. Aydın bir neçə dəfə mənim Almaniyadakı klinikamda olub, Azərbaycan millisinin üzvlərini yanıma gətirib. Odur ki, təklif gələrkən şəxsi münasibətimizi nəzərə alaraq dərhal razılıq verdim. Böyük həvəslə Bakıya gəlmişəm və 2 günlük seminara qatılıram.
- Uzun illər Almaniya millisində çalışdığınızı nəzərə alsaq, yəqin ki bu, Bakıya ilk səfəriniz deyil.
- Bəli, Bakıda daha əvvəl də bir neçə dəfə olmuşam. Şəhərinizi çox sevirəm. İnsanlarınız çox istiqanlıdırlar.
- Azərbaycan futbolu haqda ümumi təsəvvürünüz nədən ibarətdir?
- Dostum Bert Foqts uzun müddət Azərbaycan millisində çalışıb. Eləcə də onunla birgə burada fəaliyyət göstərmiş həkim Armin Rubaxla yaxın münasibətim var. O mənə demişdi ki, Azərbaycanda futbolu çox sevirlər.
- Seminarın gedişatı necədir? Azərbaycanlı həkimlərin ümumi bilik səviyyəsi necədir? Daha çox nə ilə bağlı sizə sual ünvanlayırlar?
- Hiss elədim ki, azərbaycanlı həmkarlarım öyrənmək istəyirlər. Hər şeylə maraqlanırlar. Belə insanlarla ünsiyyətdə olanda adam özü də həvəslənir, bütün bildiklərivi bölüşmək istəyirsən. Mən özüm 30 ildir Almaniya millisində, eləcə də Regensburq universitetində dəyərli alimlərlə birgə çalışıram. Böyük təcrübəyə malikəm. Bu cür seminarlarda bildiklərimi bölüşməyi sevirəm.
- Özünüz də qeyd etdiniz ki, bir neçə dəfə Azərbaycan millisinin üzvləri yanınızda olublar. Gələcəkdə nə etmək lazımdır ki, azərbaycanlı futbolçular müalicə ölkə xaricinə üz tutmasınlar?
- İlk növbədə bu cür seminarlar tez-tez keçirilməlidir. Bəlkə də 2 günlük yox, 1 həftəlik vaxta ehtiyac var ki, bölüşdüklərimizi təkcə nəzəriyyədə yox, praktikada da göstərmək mümkün olsun. Bunun üzərində işləmək lazımdır. Iş prosesində hər birimiz öyrənirik.
Nə qədər çox çalışsaq, gələcəkdə daha yüksək səviyyəli mütəxəssislər yetişdirmək şansımız bir o qədər çox olar.
Mən özüm də tez-tez xaricə gedirəm. Son zamanlar Norveçdə, ABŞ-da olmuşam. Təcrübəm böyük olsa da, yenə də öyrənməyə çalışıram. Xaricə getmək, yeni həmkarlarla tanış olmaq çox maraqlıdır. Çalışdığım universitet FIFA tərəfindən tanınıb. Bu da bizə təcrübəli mütəxəssislərlə tez-tez ünsiyyətdə olmaq imkanı yaradır. Biz təkcə zədələri müalicə etmirik. Həm də elmi işlər aparırıq.
- Məncə, Azərbaycan futbolunda yüksək səviyyəli həkim, fizioterapevt çatışmazlığı var. Ölkəmizdə yüksəksəviyyəli həkimlər çoxdur. Amma sırf idmanda elələrinin sayı kifayət qədər deyil. Düşünürəm ki, bu, Tibb universitetində sırf idman təhsili verən fakültənin yoxluğundan irəli gəlir...
- Alman modelini götürək. Çalışdığım Regensburq universitetində tibb sahəsində təhsil alan tələbələr 6-cı semestrdan sonra ixtisas seçimi edirlər. İstəyən təhsilini idman sahəsi üzrə davam etdirir. Özüm də bu cür seçim edən tələbələrə dosent kimi dərs deyirəm. Haqlısınız, sırf idman fakültəsinin olması çox vacibdir.
- Bu gün Azərbaycanda süni ötrüklü meydançaların sayı çoxdur. Xüsusən də azyaşlıların bu cür qazonda futbol oynaması narahatlıq doğurur. Təbii deyil, süni qazon həqiqətənmi azyaşlıları kobud dildə desək, bədbəxt edir?
- Bugünkü futbolda süni ot ötrüyünün bir çox növləri var. Köhnələri demirəm, amma müasir, son model süni qazonlar həddindən artıq yumşaqdır. Demək olar ki, təbii ot örtüyündən heç seçilmir. Ümumi götürdükdə, təbii qazona üstünlük verilsəydi, daha yaxşı olardı. Amma təbii ot örtüyünün yoxluğunda son model süni qazonda oynamaqda ciddi problem görmürəm.
Onu da deyim ki, idman malları firmaları hazırda yeni butsılar üzərində çalışırlar. Həmin idman ayaqqabıları yumşaq olmayan, sərt süni meydançada belə, əzələ sisteminə çətinlik yaratmayacaq.
- Ölkəmizdə Almaniya millisinin azarkeşlərinin sayı kifayət qədərdir. Bir neçə gün əvvəl “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil zədələndi. Onun hazırkı durumu necədir? Özili Rusiyada keçiriləcək dünya çempionatında görə biləcəyik?
- Milli oyunçuları ilə daim ünsiyyətdə oluram. Bu günlədə Londona getməliydim. Lakin işlərimin çoxluğu ilə əlaqədar səfər baş tutmadı. Özillə telefon danışığımız olub. O, hazırda özünü yaxşı hiss edir. Özilin mundiala yollanmasında heç bir problem yoxdur.
Söhbətləşdi: İBRAHIM
P.S. Qeyd edək ki, regionda ilk dəfə Klaus Ederin iştirakı ilə Bakıda təşkil edilən seminar AFFA-nın baş sponsorluğu, BTL və "Olimp Sport Nutrion" şirkətlərinin dəstəyi ilə baş tutur. Tədbirin təşkilatçısı 3R Sports Management şirkətidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
21:45
"Kəpəz" zambiyalı legionerlə gücləndi
-
21:23
“Şahdağ Qusar” “Sabah”ı darmadağın etdi
-
21:01
Kamilo Duran "Milan"a qol vurdu
-
20:37
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
-
20:18
“Şahdağ-Qusar” kamerunlu yarımmüdafiəçi ilə gücləndi
-
19:59
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
-
19:00
U-18 basketbol millimizdən ilk qələbə
-
18:26
"Mançester Siti" onunla müqaviləni yenilədi
-
17:45
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub FOTOLENT
-
17:14
Azərbaycanın 3x3 basketbol komandaları Minskə yollanıblar
-
16:32
Qazaxda velosiped üzrə Federasiya Kuboku yarışları keçirilib
-
16:03
“Qarabağ”ın oyunu avrokuboklarda TOP-5-ə düşdü
-
15:27
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
-
14:51
Vozinyanın yeni klubu müəyyənləşdi
-
13:48
Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
-
12:19
Urfan Abbasov "Kəpəz"ə keçdi
-
12:00
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
-
11:25
Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb
-
10:52
Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib
-
10:34
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib FOTOLENT
-
10:13
Zubir: “Əlimizdən gələni etməliyik ki, səfərdə qələbə qazanaq”
-
09:47
Cəlal Hüseynov debüt etdi, komandası uduzdu
-
00:01
Cavid Hüseynov: “Bacardığımız qədər irəli getmək istəyirik”
-
22:09
“Şahdağ Qusar” anqolalı legioner transfer etdi
-
21:58
Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim olundu
-
20:31
“Araz-Naxçıvan” qələbəni əldən verdi
-
19:15
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
-
17:46
"Monako"nu "Nyukasl"a dəyişdi
-
17:27
Klublarımızın avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb
-
16:53
Elxan Səmədov: “Əlimizdən gələni edəcəyik ki, bizə bəslənilən inamı doğruldaq”
-
16:32
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
-
16:00
“Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
15:44
Umudlu Konfrans Liqasının oyununa təyinat alıb
-
15:18
"Zirə"dən ayrılıb Almaniya klubuna keçdi
-
14:59
“Qarabağ” sevgisi həm ürəkdə, həm kartda
-
14:21
“Payde”nin kapitanı: “Zirə”ni məğlub edəcəyimizi bilirdik”
-
14:05
Argentina millisindən getdi
-
13:36
Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi! FOTOLENT
-
13:17
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxıb
-
12:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
12:23
Murad Məmmədov oynadı, "Pafos" uduzdu VİDEO
-
12:00
Mateuş Koxalski: “Çox yaxşı komandaya qarşı oynayırdıq”
-
11:34
Yurgen Klopp rəsmən millidə
-
11:18
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:51
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda iştirak edir
-
10:29
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
-
10:05
Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
-
09:47
İsgəndərli Konfrans Liqasında oynadı, komandası qalib gəldi
-
23:28
Qurban Qurbanov: “ÇSKA çox bərk rəqib idi”
-
23:16
Rəşad Sadıqov: “Təəssüf ki, qol epizodlarından yararlana bilmədik”
25.07.2026
24.07.2026
23.07.2026























