Minifutbol
Sənan Şəfizadə: "Futbol elə gözəl qadındır ki, yanından keçəndə dəfələrlə dönüb baxmaq istəyirsən"
Azərbaycan tele efirində hər bir aparıcı barədə müxtəlif fikirlər səsləndirilir, onların davranışı, danışığı, geyimi cəmiyyətimizdə, ailələrimizdə müzakirə obyektinə çevrilir. Gənclərin ən çox diqqət yetirdiyi, daha doğrusu həvəslə baxdığı əsas aparıcılar isə idman verilişlərinin aparıcılarıdır. Onların arasında öz dəst-xətti ilə seçilənlərdən biri də Sənan Şəfizadədir:
- Sənan, əvvəlcə özün-özünü təqdim et...
- Sənan Şəfizadə. 1984-cü ildə Bakıda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 2000-ci ildə ADMİU-nun sənətşünaslıq fakültəsinə daxil olmuşam. Hazırda dissertasiyamın müdafiəsinə hazırlaşıram. 2000-ci ildən başlayaraq “Tələbə-press”, “168 saat”, “Futbol proqnoz”, “Sport+” və digər qəzet jurnallarda çalışmışam. 2004-cü ildən Azad Azərbaycan Telekompaniyasının idman şöbəsində işləyirəm.
- İdman aparıcımız özü hansı idman növüylə məşğul olur?
- Düzünü deyim ki, peşəkar idmanla məşğul olmamışam. Hamı kimi mənim üçün də uşaq vaxtlarında həyətdə futbol oynamaqdan gözəl heç nə yox idi. Tələbəlik illərində boksla maraqlanmışam - təbii ki, həvəskar səviyyədə. Sonradan dostlarla idman zallarına gedirdik, özümüzü formada saxlamaq üçün. Amma hazırda vaxt olmadığından bunu da edə bilmirəm.
- Televiziyaya gəlişindən danışaq...
- 2003-cü ilin oktyabrından “ATV” kanalının idman şöbəsində təcrübə keçməyə başladım. Düz 8 ay televiziyanın sirlərini öyrəndim. TV-də işim dəqiqləşmədiyindən paralel olaraq qəzet və jurnallarda çalışmağı davam edirdim. Nəhayət, 2004-cü ildə vakant yer yarandığı üçün işə qəbul edildim. Elə həmin il sentyabrın 27-də ilk dəfə tamaşaçılara “Sabahınız xeyir, efirdə idman xəbərləridir” deməyə imkanım oldu.
- Efirdə çatdırdığın idman xəbərlərində azarkeşliyini gizlədə bilirsən bu və ya digər komandaya?
- Çoxları inanmır, əslində mən pafosla çatdırdığım süjetdə belə tərəfkeşlik etdiyim komanda olmur. Əlbəttə, hamımız idmançılarımıza azarkeşlik edirik. Amma bir jurnalist kimi heç bir kluba tərəfkeşlik etməyə ixtiyarım yoxdu. Azərbaycan çempionatlarında bizim üçün güclünün qalib olması vacibdi. Avropa meydanlarında isə bütün təmsilçilərimizə dəstək oluruq. Bəzən deyirlər ki, Sənan deyəsən “Barselona” və ya “Real” fanatıdı. Süjet hazırlananda əsas oyunda baş verənlər nəzərə alınır. Əgər Messi rəqib komandaya 3 qol vurubsa, istədim-istəmədim argentinalını xüsusi vurğulamalıyam.
- Sənan, idmançılarımızla səfərlərdə çox olmusan. Sevindiyin anlar çox olub, yoxsa kədərləndiyin?
- Səfər oyunlarında həm sevindiyimiz anlar olub, həm kədərləndiyimiz. Adətən futbol yığmamız səfər matçlarından yaxşı nəticə ilə qayıtmır, ona görə sevinmək bir qədər çətin olur. Amma sevindiyimiz anlar da az olmayıb. “Bakı” klubunun Litvanın “Ekranas” komandasıyla səfər görüşündə gözəl oynamaqla azarkeşləri sevindirmişdi. Həmin oyunu canlı izləmişdim. “İnter” futbol klubunun Sankt-Peterburqda keçirilən Birlik Kubokundakı qələbəsini qeyd etməliyəm. Həmin turnirdə komandamızın bütün oyunlarını şərh etmək mənə həvalə olunmuşdu. “İnter”in bütün oyunları “ATV”də canlı yayımlandı. Ən yaddaqalan oyunlar arasında Ermənistanın MİKA komandası üzərində qələbəmiz xüsusi yer tutur. Kişi şahmatçıların Serbiyada keçirilən Avropa çempionatında çempion olduğu turniri də heç vaxt yaddan çıxarmayacağam. O yarışda Azərbaycan jurnalistlərindən yarışı işıqlandırmağa səfərə yalnız mən yollanmışdım. Son turda qalib gələndə elə sevinirdik ki, sözlə demək çətindi. İstərdim ki, qələbələrimizin sayı daha çox olsun. Çünki qələbədən yazmaq daha ləzzətlidi.
- Oyunlara proqnoz verə bilirsən?
- İdman proqnozu sevmir deyirlər, ona görə proqnoz verməyi sevmirəm. Bəzən dediyim nəticələr düz çıxır. Amma bu o demək deyil ki, proqnoz verməyi bacarıram. Futbol qəzetlərindən biri 2 il əvvəl jurnalistlər arasında müsabiqə keçirirdi. Mən həmin müsabiqədə İngiltərə çempionatının 9 oyununda kimin qalib gələcəyini və ya hansı oyunda heç-heçə olacağını tapmalıydım. Proqnozlar oyunlardan 1 gün əvvəl qəbul edilirdi. Təsəvvür edin, 9 oyunun 9-zu da düz çıxdı. Qəzet manşetdə şəklimi verərək ŞOK proqnoz müəllifi olduğumu yazmışdı. Amma mən bunun bəxt sayəsində də düz çıxdığını düşünürəm.
- Azarkeşlik etdiyin komandaya pul qoyursan, yoxsa maraq dairənə daxil deyil bu oyunlar?
- Oyunlara pul qoyuluşu etməklə aram yoxdu. Çünki bilirəm ki, udmaq şansım azdı. Düz tapa bilsəydim yəqin indi milyonçu idim (gülür).
- Hansı oyunlarda idmançılarımız sənə qürur hissi yaşadıb?
- Təbii ki, ilk olaraq olimpiya oyunları qeyd olunmalıdı. Elnur Məmmədli Pekində tarix yazdığı görüşlər həmişə yadımda olacaq. Olimpiadadan öncə Elnurla şərt kəsmişdik. O, medal qazansa, ilk olaraq “ATV”də mənim verilişimin qonağı olacaqdı. Onun çıxış etdiyi gün evindən reportaj hazırlamaq qərarına gəldim. Düz 6 saat evində ailəsinin yanında olduq və sonda maraqlı reportaj hazırlaya bildik. Elnur finalda qalib gəldiyi an, sürücümüz Vaqif dayı göz yaşlarını saxlaya bilmədi. Çox təsirlənmişdik. Məmmədli Bakıya qayıtmazdan 1 gün əvvəl Çinə zəng vuraraq vədini xatırlatdım, dedi baş üstə. Təyyarədən düşəndən 5 saat sonra Elnur “ATV”nin canlı efirinin qonağı oldu. Fərid Mansurovun Afinada və 2 dəfə dünya çempionatında qələbəsi, Toğrul Əsgərovun Londondakı çempionluğu hər birimizə qürur hissi yaşadıb. Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”ın “Rusenborq” üzərində qələbəsi, “Neftçi”nin Avropa Liqasında qrupa vəsiqə qazanması idman tariximizdə yadda qalan məqamdı.
- Bakı “İnter”inin Birlik Kubokunda Ermənistanın MİKA komandasıyla görüşünü deyəsən sən şərh etmişdin...
- Doğrudu. “İnter”in 1/4 finalda Ermənistanın MİKA komandasına rəqib olması təsdiqlənəndə Bakıdan telefonuma çoxlu sayda zəng gəlirdi. Sankt-Peterburqda oyuna hazırlaşan zaman bütün Azərbaycanın bu görüşə baxacağını bilirdim. Etiraf edim ki, mən özüm də həyəcanlı idim. Görüşün canlı yayımlanması məsuliyyəti artırırdı. “İnter”in 4-0 hesabıyla qalib gəldiyi görüşü bir qədər emosional şərh etdim. Özümdən asılı deyildi, bizimkilər hər qol vuranda sevincimi saxlaya bilmirdim. Sonradan Ermənistan mətbuatında “Çılğın Azərbaycan şərhçisi” adlı yazı çıxdı. Orda yazmışdılar ki, şərhçi elə qışqırır sanki “İnter” UEFA Kubokunda çempion olub və guya mənə həddən çox sevinməyim səhhətimə problem yarada bilər.
- Bir idman jurnalisti kimi, necə düşünürsən azərbaycanlılar idmanın hansı növündə uğur qazana bilir və niyə?
- Tarixən Azərbaycan güləş məktəbi güclülər sırasında olub. Bu gün də güləşçilərimiz mötəbər yarışlardan medalla qayıdır. Boks həmişə ölkədə sevilib və uğurlarımız az olmayıb. Təsadüfi deyil ki, olimpiya oyunlarında güləş və boksdan həmişə medal gətirmişik. Yəni fərdi mübarizə növlərində çox vaxt uğur qazanırıq. Azərbaycan həmişə şahmatın inkişaf etdiyi ölkələr sırasında olub. Cüdo, karate və bir sıra digər növlər də həmişə uğurlarımız olub və olacaq.
- Bu günə qədər başına gələn gülməli səfər və efir hadisələri olub yəqin...
- Yay aylarında istirahət olduğu üçün bəzən biz həm də həmkarlarımızın əvəzinə işləyirik. 2 il əvvəl 1 həftə tək işləməli oldum. Etiraf edim ki, çox yorulmuşdum. Belə səhər efirlərinin birində “Sabahınız xeyir” əvəzinə “Axşamınız xeyir” dedim. Onda operator heyəti uzun müddət gülməkdən özünü saxlaya bilmədi. Səfərdə isə Almaniyada baş verən maraqlı hadisə yadıma gəlir. Yarışdan sonra dostlarımız bizi restorana qonaq apardı. Restoranın düz ortasında maraqlı guşə var idi, yuxarıdan 1-2 ip asılmışdı. Nümayəndə heyətində olan bir nəfər həmin yerə elə aludə olaraq iplərdən birini dartdı. Nəticədə zəng səsi eşidildi. Bütün restoran bizə əl çaldı və gülməyə başladı. Sonradan başa saldılar ki, o zəngi basan adam restoranda digər qonaqlara içki hədiyyə etməlidi. Ona görə həmin gün hamı bizim hesaba içki içdi.
- Səni eyni zamanda, boks yarışları və digər turnirlərdə aparıcı kimi görürük. Özü də hamı bu aparıcılığın digərlərindən fərqləndiyini deyir...
- Azərbaycanın “Bakı atəşi” peşəkar boks klubunun ev görüşlərində, futbol, qaydasız döyüş, K-1, güləş, MMA, kikboks üzrə bəzi yarışlarda, o cümlədən, idmançıların yubiley tədbirlərində aparıcı olmuşam. Boks yarışlarındakı aparıcılığım Ümumdünya Boks Seriyası tərəfindən yüksək qiymətləndirilib. Hətta komandamızın yarışından sonra təşkilatçılara məktub gəlmişdi ki, aparıcıya gözəl işinə görə çox sağ ol deyin. Bəlkə inanmazsınız, sizə sirr açıqlayım - boksdakı işimdən sonra artıq şou tədbirlərində də aparıcılıq üçün dəvət alıram (gülür).
- Sənanın boş vaxtını da idman doldurur?
- Boş vaxtım son zamanlar demək olar ki, olmur. Az hallarda olanda çalışıram yaxınlarım, ailə üzvlərim və dostlarla birlikdə olum. Bəzi maraqlı layihələr var, çox istəyirəm onları reallaşdırım. Son zamanlar vaxt tez gedir. Bilmirəm bəlkə mənim üçün belədi. Amma gün ərzində ediləcək işləri çatdırmaq olmur.
- Azərbaycan idmanı ilə bağlı ən çox eşitdiyin sual nə olub?
- Bu sualı hər il eşidirəm, özü də çoxlu sayda. Hamı eyni sualı verir: bu il futbol üzrə milli çempionatda çempion kim olacaq?
- Bəs xarici idmanla bağlı...
- Bu sualın cavabını hələ axtarırıq (gülür). Lionel Messi güclüdü, yoxsa Kriştiano Ronaldo?
- Sənanın yanında olan xanımın idmana münasibəti necədi?
- Həyat yoldaşım Ülkər xanım idmanı o qədər də sevmir. Mənə görə məcbur baxır futbola, cüdoya, boksa. Bəzən mötəbər beynəlxalq yarışlara baxır. Bu yarışlar ona da maraqlıdı, çünki Azərbaycan təmsil olunur. Amma digər yarışlara baxmır. Çox vaxtda əsəbləşir ki, adam nə qədər futboldan danışar. Mən də zarafatca deyirəm ki, futbol elə gözəl qadındır ki, yanından keçəndə dəfələrlə dönüb baxmaq istəyirsən. Amma atam futbol azarkeşidi. “Barselona” qələbə qazanandan sonra dərhal zəng vuraraq Messini tərifləyir. Ona görə ailəmizdə idmanla maraqlanan da var, maraqlanmayan da.
hafta.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
05.10.2026
04.10.2026
03.10.2026
























