Minifutbol
"O komandanin oyununu şərh edəndə, efirdə fövqəladə hal baş verməsindən qorxuram"
Bu gündən etibarən Futbolxeber.az saytı yeni rubrikaya start verir. "Bizimkilər" rubrikası həftədə 2 dəfə oxucuların görüşünə gələcək. Bu rubrikanın özəlliyi ondan ibarətdir ki, sualları hansısa məşqçi və ya futbolçu yox, jurnalist həmkarlarımız cavablandıracaqlar. Rubrikamızın qonaqları arasında sayt, qəzet, televiziyada çalışan həmkarlarımız, eləcə də klublarda çalışan mətbuat katibləri, bir sözlə, indi və daha əvvəl idman mətbuatı ilə əlaqəsi olan hər bir kəsi görə biləcəksiniz. Beləliklə, həftədə 2 dəfə "Bizimkilər" rubrikasını qaçırmayın. Oxumağa dəyər...
İlk qonağı seçmək heç də asan olmadı. Amma yekunda baş redaktorumuzun və mənim təkidimlə hazırda "İdman Azərbaycan" kanalında şərhçilik edən İsmayıl Abdullayevdən başlamaq qərarına gəldik. Niyə məhz İsmayıl? Bunun səbəbini isə söhbətin əsnasında öyrənəcəksiniz.
"İLK ŞƏRH ETDİYİM OYUN "VİLYAREAL" - "BARSELONA" MATÇI İDİ"
- İlk sualım şablon olacaq. "İdman Azərbaycan"a gəlişin necə alındı?
- "İdman Azərbaycan"a 2009-cu ildə gəlmişəm. Buna qədər 3 il ANS-də işləmişəm. Xəbərlər və idmanda. Daha sonra ANS-dən bura gəldim. Sağ olsun rəhbərlik məni bəyənib, işə götürdü. Əvvəlcə aparıcı kimi fəaliyyət göstərdim. Sonra rəhbərlik məsləhət gördü ki, şərhçiliyə başlayım. Siyavuşla birgə futbol oyunlarını şərh edib, öyrənirdim. Birlikdə 2-3 dəfə efirə çıxdıq. Sonra isə bildirdilər ki, mən tək çıxacağam. Beləcə, şərhçiliyə başladım.
- Səhv etmirəmsə, televiziyada ilk iş yerin ANS olub. Bəs, ANS-ə qədər hansısa qəzetdə çalışmışdın?
- Yox, qəzetdə işləməmişəm. Bakı Slavyan Universitetini bitirmişəm. Hərbi xidmətdən sonra bir müddət işsiz idim. Sonra öyrəndim ki, ANS-də kurslar var, qatıldım və beləcə orada işləməyə başladım. Əvvəlcə "İç xəbər"də və "Xəbərçi"də çalışdım. Müxbir və prodüser kimi. Daha sonra isə idmana keçdim. Orada Gündüz Abbaszadə və Asif Bağırovdan çox şey öyrəndim.
- "İç xəbər" və "Xəbərçi" idmandan tam fərqlənir. Nəyə görə sonradan idman sahəsinə keçdin?
- İdmana marağım çox idi. Həmişə bu sahədə işləmək istəmişəm. Amma əvvəlcə idmanda boş yer yox idi. Ceyhun Rzayev "Xəzər TV"yə keçəndən sonra yolum açıldı (gülür). Bəli, idman digər sahələrdən fərqlənir. Ümumilikdə bir jurnalist kimi formalaşmağımda "İç xəbər"də vaxtı ilə birgə çalışdığım Fidan və Ləmanın böyük rolu olub, sağ olsunlar.
- İlk dəfə tək şərh etdiyin oyun yadındadı?
- Siyavuşla birgə şərh etdiyimiz oyun "Atletik" - "Real" matçı idi. Tək olaraq isə "Vilyareal" - "Barselona" matçını şərh etmişdim.
- "Vilyareal" - "Barselona" oyununda həyəcanlanırdın?
- Hə, özü də çox.
- İlk oyuna görə kimdənsə irad eşitdin?
- Məhlədə uşaqlar təbriklərlə yanaşı, iradlarını da bildirdilər. Çünki "lakin" sözünu lap çox işlədirdim.
- Sirr deyilsə, 1 şərh etdiyin oyuna görə nə qədər pul alırsan?
- Mümkünsə, onu deməyim...
- Problem yoxdu. Qazancın səni qane edir?
- Şükür hər şey yaxşıdır. Xüsusilə də "İdman Azərbaycan"a AzTV rəhbərliyi tərəfindən o baxımdan münasibət yaxşıdır.
"BUNU RƏHBƏRLİK MÜƏYYƏNLƏŞDİRİR, BİZ YOX"
- İşdə kimin hansı oyunu şərh edəcəyi necə müəyyənləşir?
- Bunu rəhbərlik müəyyənləşdirir. Cədvəl tərtib olunur və biz də baxırıq.
- Konkret həftə ərzində 1 nəfərə neçə oyun düşür?
- Oyunlar çox olanda hərəyə 2-3 matç düşür.
- Bölgü zamanı heç ayrıseçkilik olur?
- Nə baxımdan?
- Yəni ki, birinə çox oyun verilsin, başqasına az...
- Yox, elə şey yoxdu.
- Rəhbərlik bölgünü aparandan sonra öz aranızda dəyiş-düyüş etməyə imkan olur? Yoxsa, kimə hansı oyun verilibsə, mütləq həmin matçı şərh etməlidir?
- Hansısa birimizin işi çıxanda yerdəyişmə edirik. Amma yenə də rəhbərliyin xəbəri olmaq şərti ilə.
- Tutaq ki, bu gün sənə hansısa oyun verilib. Məsələn, "Milan" - "Barselona" görüşü. İşivi necə qurursan?
- Normal. Gün ərzində işdə hazırlaşıram. Elə vaxt olur ki, oyuna bir neçə gün qalmış hazırlaşıram. Axşam oyundayamsa, səhərdən məlumatları götürürəm və gün ərzində bütün informasiya vasitələrini izləyirəm. Hansısa yenilik olan kimi də qeydləri aparıram.
"ÇƏKİNMƏDƏN DEYİRƏM Kİ, "NEFTÇİ"YƏ AZARKEŞLİK EDİRƏM"
- Özün hansı komandaya azarkeşlik edirsən?
- Azərbaycanda "Neftçi"yə azarkeşlik edirəm. Xarici klublardan isə "Yuventus"un dəlisiyəm. Artıq 18 ildir.
- Çəkinmədən "Neftçi" dedin...
- Nədən çəkinməliyəm ki?
- Axı, bizdə dedi-qodunu sevirlər.
- Kimdən və nədən çəkinəcəm?
- Hansısa jurnalist desə ki, filan komandaya azarkeşik edirəm, dərhal xoşagəlməz söhbətlər yayılacaq.
- Mən bunu efirdə, verlişlərdə də deyirəm.
- Sözlərimi pis başa düşmə, əksinə cəsarətin xoşuma gəldi. Amma gəl etiraf edək ki, bizdə cəmiyyətin, insanların düşüncə tərzi bir qədər fərqlidir.
- Düzdür, razıyam bu fikirlə. Amma hər kəsin fikrinə hörmət etmək lazımdır. Bu da mənim fikrimdir.
- Bu məqam "Neftçi"nin oyunlarında bitərəfliyinə mane olmur ki?
- Yox, "Neftçi"nin oyunlarını şərh edərkən tərəfsiz olmağa çalışıram. İki nəfər olanda isə balans yaratmağa çalışırıq. Necə ki, kubokun final matçında Ramizlə birgə bunu etdik.
- Səncə, tərəfsizlik nə dərəcədə alınır?
- Məncə, alınır. Lakin nəsə irad olanda da buna fikir verirəm və düzəltməyə çalışıram. Təbii ki, söhbət haqlı iraddan gedirsə.
"YUVE"NİN OYUNUNU ŞƏRH ETMƏK İSTƏMİRƏM"
- "Neftçi"ni qoyaq bir qırağa. "Yuventus" deməklə məni səsəbləşdirdin. Çünki mən 19 ildir "Milan"ın fanatıyam. "Yuve"də səni nə cəlb edir?
- 1995-ci ildən "Yuve" azarkeşiyəm. O vaxt futbolu hələ dəqiq dərk etməsəm də, "Yuventus" məni cəlb etdi. Komandanın o vaxtkı heyəti super idi. Del Pyero kumirimdi. Həmin vaxt gənc olsa da, öz oyunu ilə məni valeh edirdi. Ondan başqa Vialli, Ravanellinin adını çəkə bilərəm.
- Yəqin ki, "Yuventus"un da oyunu şərh etmisən?
- Bəli, bir neçə dəfə olub.
- Sevdiyin klubun oyununu şərh etmək necə hissdir?
- Sözün açığı, "Yuve"nin oyununu şərh etmək istəmirəm. Çünki özümdə olmuram, çox həyəcan keçirirəm. Efirdə fövqəladə hal baş verməsindən qorxuram. Evdə rahat baxmaq daha yaxşıdır.
- Elə olub ki, "Yuventus"un oyunu ilə bağlı başqa həmkarıva müraciət edib, oyunları dəyişməyi təklif edəsən?
- Olub. Özü də çox. Bunu oyuna evdə rahat baxmaq üçün etmişəm.
"MƏNİM FAVORİTİM BRAZİLİYADI"
- Çoxları deyir ki, "Barselona"nın erası bitdi. Bu fikirlə razısan?
- Məncə, belə demək üçün hələ tezdi. Belə uğursuzluq hər komandanın başına gələ bilər.
- "Bavariya"nın Yupp Haynkesi göndərməsi ədalətsizlikdir?
- Bildiyim qədəri ilə o özü getmək istəmişdi komandadan.
- Maurinyo bu dəfə "Çelsi"yə ÇL-i qazandıra biləcək?
- Hər şey ola bilər. Amma hesab edirəm ki, növbəti çempionluq "Yuventus"undu.
- Tələsmə, Əl-Şəravi-Balotelli dueti bu il bütün Avropanı dizə gətirəcək.
- Əl-Şəravi də "Milan"da gedir.
- Buna inanma. "Milan" heç vaxt satmaz onu. Ən azından yaxın 2-3 il üçün... Budəfəki dünya çempionatında ispanların hegemonluğuna son qoyan olacaq?
- Hazırda almanlar çox güclüdürlər. Amma onu da xatırlayaq ki, Cənubi Amerikada hələ heç bir Avropa komandası çempion olmayıb. Məncə, yenə də belə olacaq. Mənim favoritim Braziliyadır.
- Bəs, Argentina?
- Onlar da yaxşıdı.
- Amma Argentina seçmə mərhələdə elə də parlaq çıxış etmir. Lider olsalar da, son 2 oyunları heç də ürəkaçan deyildi.
- Messi nəhayət ki, milli səviyyəsində özünü göstərə bilsə, Argentina da uğur qazana bilər.
"AZƏRBAYCANDAKI ƏN YAXŞI ŞƏRHÇİ SİYAVUŞDUR"
- Bizim şərhçilər tez-tez tənqid olunur. Yəqin ki, bunu sən də bilirsən. Bu cür tənqidlər səni bezdirmir ki?
- Yox, bezdirmir. Amma yersiz tənqid olmasın.
- Niyə tamaşaçı bizim şərhçiləri bəyənmir? Əksəriyyət, Rusiya və Türkiyə kanallarında futbola baxmağa üstünlük verir. Bunun səbəbini nədə görürsən?
- Onu tamaşaçılardan soruşsaq, yaxşı olar. Yəqin ki, onları daha çox bəyənirlər və çoxdan baxırlar.
- Bizim şərhçilərin çatışmayan cəhəti nədir?
- Bunu artıq mən deyə bilmərəm. Mütəxəssis deyiləm. Özüm də hələ bu sahəni təzə-təzə öyrənirəm.
- Xarici şərhçilər arasında bəyəndiyin var?
- Adlarını dəqiq bilməsəm də, türklərdə 1-2-si var.
- Vasili Utkini necə şərhçi hesab edirsən?
- Yaxşı.
- Vasili Utkinlə tutaq ki, Siyavuş Əliyevin şərhçiliyi arasında hansı fərqlər var?
- Elələrindən öyrəniləsi çox şey var. Amma fərqi deyə bilmərəm. O ki qaldı Siyavuşa, məncə, Azərbaycanda ən yaxşı şərhçi elə odur.
- Nəyə görə belə düşünürsən?
- Çox savadlıdır və oyunları əla analiz, şərh edir.
- Amma mən hesab edirəm ki, o oyunu bir qədər sönük aparır. Məsələn, türklərdə olan hərəkətlilik Siyavuşda yoxdu...
- O da Siyavuşun şərh stilidir. Özü də deyib.
- Şərh etdiyin ən unudulmaz oyun hansını hesab edirsən?
- Beləsi çox olub. Həm yaxşı, həm də pisləri. Məncə, ən yaddaqalan oyunum "Neftçi" - "Zestafoni" matçıdır.
- Bəs, pis?
- Pis deyəndə ki, əsəbləşdiyim, məyus olduğum Rusiya - Azerbaycan matçıdır. Eləcə də Lüksemburqla oyunlar da çox əsəbləşdim.
- Millimizin Portuqaliya ilə ev oyununu Rəşad Rafiqoğlu ilə birgə şərh edirdin. Həmin oyunda 1 məqam diqqətimi xüsusi cəlb etdi. Belə ki, millimiz hesabda geri idi, uduzurdu. Rəşad Rafiqoğlu vəziyyətdən çıxmağa, yığmamızın yenilgisini sığortalamağa çalışdığı halda, sən təkidlə komandamızın irəli atılmasını istəyirdin. Sözlərimi pis başa düşmə, amma bu, AzTV üçün yad məqamdır. Belə epizodu AzTV-də ilk dəfə idi görürdüm və cəsarətini çox bəyəndim. Məhz bu məqama görə də "Bizimkilər" rubrikasının ilk qonağı kimi səni seçdik. Düzünü de, həmin oyundakı sözlərinə görə yuxarılardan tənqid eşitmədin?
- Xoş sözlərə görə çox sağ ol. Amma həmin matçdakı sözlərimə görə mənə heç kim heç nə demədi. Ümumiyyətlə, indiyə kimi rəhbərlikdən ciddi irad eşitməmişəm. Əksinə, sağ olsunlar ki, hər zaman dəstək olublar.
"RUSLANIN O SÖZLƏRİNƏ HARDASA HAQQ QAZANDIRIRAM"
- Çoxlari düşünür ki, Berti Foqtsu millidən göndərməyin vaxtı çatıb. Bu fikirlə razısan?
- Mən Bertini dəstəkləyən az insanlardan biri olmuşam. Hər yerdə də demişəm ki, onun gəlişindən sonra fiziki cəhətdən az da olsa, artım var. İndi millidən hər hansı bir nəticə gözləmək yersizdi. Səbrli olaq hamımız. İnşallah, nəticələr gələcək. Amma bir tərəfdən də yerli mütəxəssislərdən Qurban Qurbanovu millidə görmək olardı. O artıq yığmanı çalışdırmağa hazırdı.
- Lüksemburqla evdə heç-heçə oynamaq biabırçılıqdır?
- Bununla razı deyiləm. Millinin son illərdəki bəlkə də, ən yaxşı oyununu gördük. Bunu etiraf etmək lazımdı. Çoxsaylı qol vəziyyətləri yaratdıq. Deyəcəksən ki, rəqib kim idi? "Cırtdan". Nəzərə alaq ki, biz də futbolda hələ cırtdanıq. Dünya reytinqində heç "yüzlüy"ə düşmürük. Ona görə də bu nəticəyə biabırçılıq deməyək. Sadəcə, təəssüflənək. Mən özüm də çox pis olmuşdum. Efirdə hətta səsim də batmışdı. Əsəbimdən gecə də yata bilmədim.
- İndi də mən səninlə razı deyiləm. Yaxşı oyun nəticədir. Nəticə isə 1:1 oldu. Millimiz 118-ci yerdədisə, bunun da günahkarı Foqtsdu. Axı bir neçə il əvvəl biz 97-ci yerə yüksəlmişdik. Həm də ki biz Lüksemburqu uda bilmiriksə, daha kimi udacağıq? Futbolumuza milyonlar xərclənir, amma Lüksemburqun futbolçuları yarı peşəkar, yarı həvəskardı.
- Onu da nəzərə alaq ki, 97-ci yer Foqtsun vaxtında da olub. Qrup mərhələsində ən çox xal da Foqtsun vaxtında olub. Mən demirəm buna sevinək. Yəni, indi nəticə gözləmək düzgün deyil. Həmin Lüksemburq Portuqaliyaya qarşı əla oynadı, portuqallar canlarını güclə qurtardılar. Demirəm Foqts dahidi. Məşqçi kimi çox zəifdi. Amma bayaq dediyim səbəblərə görə, ona hardasa alqış düşür. Ona verilən pula yerli məşqçini qoysalar, əla olar. Qurban Qurbanov, ya da əcnəbiyə qalsa, Kaxaber Tsxadadze də olar. Çünki o bizim futbolu əla bilir.
- Bilirəm ki, Ruslan Abışovla dostsan. Ona görə cavabın mənimçün çox maraqlıdır. Lüksemburqla oyundan sonra Ruslan azarkeşlər haqda xoşagəlməz sözlər dedi və buna görə də haqlı olaraq tənqid olundu. Ruslanın həmin sözləri haqda nə deyə bilərsən?
- Mən hardasa Ruslanın o tənqidlərinə haqq qazandırıram. Nəyə görə? Düz deyir ki, oyun 0-0 gedir və 60-cı dəqiqədə "istefa" qışqırarlar. Efirdə mən də eşidib pis olurdum. İstər-istəməz onlara da pis təsir edir. "İstefa" qışqıranlar da müəyyən qrup idi. Ruslan da çox əsəbi idi oyundan sonra. Yanında idim, görürdüm. Mətbuatda da çox tənqid olunur. Hətta zəif adlandıranlar da var. Təəssüf ki, olan-qalan bir-iki legioner futbolçu həyatı yaşayan oyunçumuz var ki, biri də elə Abışovdur. Biz isə ona belə münasibət göstəririk. Mənim ona hörmətim ANS-də işlədiyim vaxtdan artmağa başlayıb. Həm oyununa görə, həm də mərifət-qanacağına görə. Yəni, bəziləri deyir, o "şişib". Yalan və yenə yalandı. İnşallah o və digər futbolçularımıza uğurlar olsun. Hər yerdə onlara dəstək olmalıyıq. Hamı səhv edər. Onu bağışlamaq da böyüklükdür. İnan, mənə yaxın münasibətimə görə demirəm. Ruslanı çoxu tanıyır. Reklama ehtiyacı yoxdur.
Elman MƏHƏRRƏMOV
< br/>
Sagole ISmayil...Olkenin en perspektivli werhcisisen. Yawa !
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Kölgədən qorxanlar
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- "Sonda absurd qol buraxdıq"
- “Qarabağ” - “Ayaks” oyunundan əvvəl konsert olacaq
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”
-
16:33
Patrik Vieyra rəsmən İtaliya klubunda
-
16:20
Amerikalı legioner: "Bakı mənə çox doğma gəlir"
-
15:58
"Komandada çox yaxşı atmosfer var"
-
15:11
"Qarabağ" - "Lion" oyununa nə qədər bilet satılıb?
-
14:45
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
-
14:24
Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
-
14:06
Millimizə 4 qol vuran hücumçu: "Təbii ki, bundan həzz alırsınız"
-
13:53
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
-
13:32
Nazir: "MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır"
-
13:17
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
-
12:49
XIV turun hakim təyinatları
-
12:20
Argentina 3 xalı tək qolla qazandı VİDEO
-
11:58
Milli Məclisin komitə sədri: "Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı"
-
11:13
Braziliya öz meydanında büdrədi VİDEO
-
10:46
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
-
10:25
Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb
-
10:04
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb
-
09:51
"Barselona" 137 milyonluq səhifəsində Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb
-
09:39
Yankoviç Türkiyə ilə oyunda məhsuldar ötürmə müəllifi oldu VİDEO
-
09:27
Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
-
09:12
İsveç millimizi topa tutdu VİDEO
-
01:40
Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük
-
01:36
Millimiz darmadağın oldu
-
21:39
"Neftçi"nin futbolçusu millidə dubl etdi
-
19:12
“Sumqayıt”dan azarkeşlərə jest: 75 illik münasibəti ilə giriş biletsiz olacaq və fan-zona təşkil ediləcək VİDEO
-
18:53
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib
-
18:27
Basketbol millimiz İrlandiyaya yola düşüb
-
18:08
"Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"
-
17:45
“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı
-
17:30
Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
-
17:16
U-19 da qrup sonuncusu oldu
-
16:59
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
16:21
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması
-
16:03
U-17 millimizdən heç-heçə
-
15:34
"Qəbələ"nin döyüşçüsü qələbəni 28 saniyəyə təmin etdi
-
14:12
Azərbaycanın voleybol milliləri Avropa Liqasında iştirak edəcəklər