Minifutbol
3 ilin qalibləri - TƏHLİL
2015-ci ilin sonuna sayılı günlər qaldığından son günlər məhz başa çatmaqda olan ilin yekunları müzakirə olunur. Bir neçə gün öncə İdman Araşdırmalar Mərkəzi (İAM) də ilə yekun vurub. Qurum ardıcıl 3-cü dəfə gerçəkləşdirdiyi “İlin qalibləri” layihəsi ilə 2015-ci ilin fərqlənənlərini açıqlayıb. Layihə çərçivəsində 14 mükafat sahibini tapıb. Səsvermə ilə 8 nominasiya üzrə 11 qalib müəyyənləşibsə, daha 3 mükafatın sahibini qurum özü təltif edib.
İAM-ın layihəsinin tarixinə nəzər salsaq, səsvermənin zaman keçdikcə daha böyük miqyası əhatə etdiyi göz önündədir. Sorğusunu daim KİV-lər arasında keçirən qurum ildən-ilə respondentlərin sayını artırır. 2013-cü ildə cəmi 34 media nümayəndəsinin qatıldığı sorğuya az qala yarısı – 14-ü də əlavə olunub. Ötən il bu rəqəmi 41-ə çatdıran mərkəz bu dəfə 48 KİV-i səsverməyə cəlb edib. Hər dəfə 7 yeni qurumu siyahıya əlavə edən İAM böyük ölçüdə bütün mətbuatı əhatə etməkdədir. Bu rəqəmin gələn il daha böyük olacağı da gözləniləndir.
Mərkəzin mükafatları da hər il artır, nominasiyalarıın sayı çoxalır. 2013-cü ildə 7 ən yaxşını müəyyənləşdirən mərkəz ötən il mükafatların sayını 9-a çatdırıb. Bir nominasiya və bir xüsusi mükafat təqdim edən İAM daha böyük miqyası əhatə etmək iddiasını ortaya qoyub. 2015-ci ildə nominasiyaların sayı bir il öncəkindən fərqlənməsə də, xeyli yenilik diqqət çəkir. Komanda, məşqçi və mətbuat katibləri üçün nəzərdə tutulan nominasiyaların hər biri iki fərqli istiqamətdə - futbol və digər növlər üzrə aparılıb. Nəticədə respondentlər ilin “11-liy”ini müəyyənləşdirib. İAM isə bu dəfə 3 xüsusi mükafatını tədbirdə təqdim edib.
İndi isə ayrı-ayrı nominasiyalara nəzər yetirək:
İlin idman xadimi nominasiyası hər il yeni qalibin olması ilə diqqət çəkir. 2013-cü ildə qalib futboldakı xidmətlərinə görə bu ada layiq görülmüşdüsə, növbəti iki ildə ümumi idman üzrə funksionerlər - nazir və klub rəhbərliyində yer alan qalib olub. Futbol fəaliyyəti dövründə ən yaxşı ola bilməyən Sadıq Sadıqovun bu adı yeni ampluasında qazanıb.
2013. Hafiz Məmmədov (“Bakı” klubunun prezidenti)
2014. Azad Rəhimov (Gənclər və İdman naziri)
2015. Sadıq Sadıqov (“Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri)
İlin idmançısı adına isə daim fərdi idman növləri üzrə təmsilçilərimiz qazanıb. İki il öncə buna cüdoçu nail olmuşdusa, sonralar güləşçilər hamını arxada qoyur. Əvvəl sərbəst, sonra yunan-Roma güləşçisi ən yaxşı seçilib. Ölkəmizdə güləşin gündən-günə inkişaf etdiyini nəzərə alsaq, növbəti illərdə də ənənənin davam etməsi sensasiya sayılmaz.
2013. Elxan Məmmədov (cüdo)
2014. Hacı Əliyev (sərbəst güləş)
2015. Rəsul Çunayev (yunan-Roma güləşçisi)
İlin futbolçusu və ya bəzən ifadə olunduğu kimi yerli oyunçusu adına Azərbaycan millisinin futbolçuları layiq görülüb. Yerli futbolçular heç də klublarının lideri olmadığından burada əsas onların millidəki çıxışları əsas götürülür. Bu, yalnız Qara Qarayevə aid deyil ki, o da iki il öncə həm klub, həm yığmada uğur qazanıb. Kamran Ağayevlə Rahid Əmirquliyev klubda uğursuzluq yaşadığı vaxtda millidəki çıxışına görə respondentlərin səslərini qazanıb.
2013. Kamran Ağayev (“Bakı”)
2014. Qara Qarayev (“Qarabağ”)
2015. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)
İlin əcnəbi futbolçusu nominasiyasını isə “Qarabağ”ın ən yaxşı legioneri kimi də ifadə etmək olar. Son illər ölkə futbolunda dominantlıq edən və daha çox braziliyalılarının hesabına uğurlar qazanan komandanın cənubi amerikalılarının əməyi səsvermədə iştirak edənlərin də diqqətindən yayınmayıb. Riçard Almeyda isə ardıcıl 2 dəfə İAM-ın mükafatını qazanaraq, baş məşqçisi Qurban Qurbanovdan sonra bunu bacaran 2-ci qalib kimi tarixə düşüb.
2013. Reynaldo Silva (“Qarabağ”)
2014. Riçard Almeyda (“Qarabağ”)
2015. Riçard Almeyda (“Qarabağ”)
İlin komandası nominasiyası isə fərqli qalibləri ilə seçilir. 2013-cü ildə digər növlər, ötən il futbol üzrə komanda qalib gəlmişdi. Bu dəfə isə təşkilatçılar hər iki “amplua”da seçim imkanı verib. Nəticədə ikinci futbol komandası və güləş yığması qalib olub.
2013. Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi
2014. “Qarabağ”
2015. “Qəbələ” və Yunan-Roma güləşi üzrə komanda
İlin baş məşqçisi nominasiyasında da eyni addım atılıb. İlk iki ildə ən yaxşı olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun hegemonluğuna son qoyulub. 43 yaşlı mütəxəssis iki dəfə qalib olsa da, əslində 3 mükafat əldə edib. Ötən il o, 100 faizlik səs toplamağa nail olduğundan, xüsusi mükafat da almışdı. Bu il isə Qurbanov Avropa Liqasında qrupa düşən digər komandamızdakı həmkarına uduzub. Yenilik isə digər növlərdən olan məşqçilər üçün də qələbə imkanı yaradıb və bundan yunan-Roma güləşi üzrə yığmanın sükançısı yararlanıb.
2013. Qurban Qurbanov (“Qarabağ”)
2014. Qurban Qurbanov (“Qarabağ”)
2015. Roman Qriqorçuk (“Qəbələ”), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi)
İlin idman jurnalisti nominasiyasında isə yeni qalib müəyyənləşib. 2013-cü ildə 2, növbəti illərdə isə 1 qalib olduğundan, 4 jurnalist ən yaxşı adına sahib olub. Onlardan ikisi elektron, ikisi televiziya əməkdaşıdır. Maraqlıdır ki, sonuncuların hər ikisi ATV-ni təmsil edir.
2013. Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (apasport.az).
2014. Natiq Muxtarlı
2015. İlkin Fikrətoğlu (ATV)
2014-cü ildən sahibini tapan İlin mətbuat katibi nominasiyasında əvvəl 1, sonra 2 ən yaxşı olub. Futbolda Avropa Liqasına düşən klubların əməkdaşları qalib gəlibsə, digər növlərdəki ilk mükafatçı Azərbaycan Güləş Federasiyasını təmsil edib. Bu idman növü 2015-ci ildə 4 mükafat əldə etməyə nail olub.
2014. Nurlan İbrahimov (“Qarabağ”)
2015. Anar Hacıyev (“Qəbələ”), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)
İlk xüsusi mükafatını ötən il təqdim edən İAM azarkeşləri də diqqətdən kənar qoymadığını nümayiş etdirib. Həmin vaxt ən fəal azarkeşi müəyyənləşdirən qurum bu dəfə müxtəlif sahələrdəki fəaliyyəti ilə ən yüksək qiymətə layiq olanları təltif edib.
2014. İlin ən fəal azarkeşi - İlqar Həmzəyev
2015. Media ilə sıx və səmərəli əməkdaşlığa görə - Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova
2015. İdman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Həmrəylik Kuboku” - Mehman Süleymanov 2015.
ÇEMPİON yarışmasının qalibi - Vüsal Süleymanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
09:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
22:55
Qurban Qurbanov: “Bu, bizim üçün vacib qələbə idi”
-
22:11
Azər Bağırov: “Birinci hissədə uşaqlarda həyəcan var idi”
-
21:39
Bəhlul 6 aydan sonra meydana qayıtdı
-
21:24
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
-
18:00
Elvindən Zubir paylaşımı: “Gözüm səni axtaracaq”
-
17:46
"Yuventus" müdafiəçi transfer etdi
-
17:09
"Qarabağ" Cəfərquliyevi itirdi
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
-
22:54
"Neftçi" və "Zirə" qələbə qazandı
-
22:47
"Sumqayıt" - "Neftçi" matçında 4 qol VİDEO
-
22:11
Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”
-
21:35
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
-
20:00
“Zirə” - “Şəfa”: Heyətlər
-
19:28
Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
-
19:19
“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
-
18:56
“Tvente” “Qarabağ”dan oyundan öncə qələbə qazandı
-
18:33
Millimizin futbolçuları Türkiyə klubu ilə müqaviləni yenilədi
-
18:07
“Sumqayıt” - “Neftçi”: Heyətlər açıqlandı
-
17:25
"Sabah" - "Hapoel" oyununun biletləri satışa çıxarıldı
-
15:12
Zubirdən vida mesajı: “İnanılmaz sevgiyə görə təşəkkür edirəm”
-
14:44
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
-
14:31
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
-
14:00
Zubir “Qarabağ”dan getdi
-
13:29
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
-
12:18
Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
18.08.2026
17.08.2026
16.08.2026
























