28 Iyun 2025, Şənbə
“Kəpəz” Yeqor Xvalko ilə vidalaşdı
Luis Ortis rəsmən “Neftçi”də
Balayev daha bir il “Neftçi”də
“Neftçi” hazırlığa start verdi

Minifutbol

Bu foto Hakan Şükürü dəli etdi

Ötənlərin məşhur futbolçusu, Türkiyə futbolunun canlı əfsanəsi, hazırda millət vəkili olan Hakan Şükürün başı qalmaqala qarışıb. Futbolxeber.az-ın məlumatına görə, Hakan Şükür Türkiyə Böyük Millət Məclisinin (TBMM) toplantısında "ipad"dan basketbol matçı izlərkən yaxalanıb. Şükürün oyunu izlədiyi anın fotoqrafı isə "Milliyet"in internet səhifəsində xəbər olaraq yayılıb. Məhz bundan sonra da ara qarışıb.

"Twitter"dən "Milliyet"ə narazılığını bildirən Hakan Şükür, qəzetin sahibi Erdoğan Demirörenə səslənib: "TBMM-də toplantıya ara verildiyi anda "ipad"imə baxarkən "Hakan Şükür Məclisdə matç izləyir" deyə xəbər yayan "Milliyet"in AK Partili millət vəkilllərə düşmənliyi sərhəd tanımır. "Milliyət" qəzetini bilmirəm, amma mənim boğazımdan həyatım boyunca 1 qəpik haram para keçmədi. Erdoğan Demirörenə səslənirəm, əgər sizin xəbərçilik anlayışınız budursa, ümid edirəm ki, eyni xəbərçilik anlayışı ilə qarşılaşmarsınız".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30