28 Iyun 2025, Şənbə
“Kəpəz” Yeqor Xvalko ilə vidalaşdı
Luis Ortis rəsmən “Neftçi”də
Balayev daha bir il “Neftçi”də
“Neftçi” hazırlığa start verdi

Minifutbol

"Bakı"nın bazasında mükafatlandırma mərasimi baş tutub

 

Bu gün “Bakı” Futbol Klubunun təlim-məşq bazasında mükafatlandırma mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, eyni məkanda 3 qalib komandanın üzvlərinə kubok və medallar təqdim olunub.

“Sabahın ulduzları” şəhər birincilyinin çempionu olan U-11, “Sabahın Ulduzları” turnirində ikinci yeri və gümüş medalları qazanan U-13 və Heydər Əliyev kubokun qalibi U-12 komandası Bakı Futbol Federasiyası (BFF) və klub rəhbərliyi tərəfindən mükafatlandırılıb.

“Bakı” futbol klubunun akademiyasında baş tutan tədbirdə BFF-in vitse-prezidenti Məzahir Suleymanzadə, “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov, “Bakı” futbol akademiyasının baş koordinatoru Yüksək Kepoğlu, BFF rəsmisi Mahir Süleymanzadə, uşaq və yeniyetmə futbolçular iştitak ediblər.

Qalib komandların kapitanlarına kuboklar təqdim olunub. Bununla bərabər ən yaxşı futbolçu tituluna layiq görülən "Bakı"nın gənc futbolçuları Şahbazlı Cavanşir, İlahi Quliyev və Şakir Seyidova xüsusi mükafatlar verilib.

Fəxri qonaqlar klubun inkişafından söz açaraq, “Bakı” futbol klubunun gələcəkdə daha böyük uğurlara imza atmağa layiq olduğunu bildirdilər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30