11 May 2025, Bazar günü
“Neftçi” və "Zirə" qələbə qazandı
Elvin Məmmədov: "Alınmadı...”
Ulu öndərin abidəsi ziyarət edilib
Ayın ən yaxşı qolları müəyyənləşdi

Minifutbol

AFFA ermənilərin Çempionlar Liqası matçındakı təxribatına münasibət bildirib

“AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Pünik" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.

9 avqustda keçirilmiş matçda erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.

Bütün bunlarla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: "Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq".

Qeyd edək ki, Zabux kəndi 1992-ci ilin mayında işğal olunub. Azərbaycan köhnə Laçın dəhlizinə alternativ yolun tikintisini başa çatdırıb. Bundan sonra Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhlizin keçdiyi Laçın şəhəri və ətraf kəndlərdən çıxarılaraq alternativ yola yerləşdiriləcək. Ona görə də Zabuxda yaşayan erməni sakinlərə xəbərdarlıq edilib ki, avqustun 25-dək ərazini tərk etsinlər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31