22 Avqust 2026, Şənbə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Futzal

“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib

Bu gün UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib.

Təmsilçimiz “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq. Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

“Qırmızı-ağlar” “Piast”, eləcə də ilkin mərhələnin C (“Buba Mara” Bosniya və Herseqovina, “GİU” (Gürcüstan), “Utleyra İdrettslag” (Norveç), LYNX (Cəbəllütarıq) və E (“Veilimdorf”, Almaniya, “Tallinin” (Estoniya), “Unisport” Ermənistan, “Reykyavik” (İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.

Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

Məlumat üçün qeyd edək ki, ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək. Onlardan 32-si ilkin mərhələdə mübarisə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də "Unisport" E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31